Sosial
Peşə fəaliyyətlərinin ailədaxili münasibətlərə təsiri
Ailə, ailədaxili münasibətlər ər və arvadın peşə fəaliyyətinin onlara təsiri tarixən filosof və sosioloqları, psixoloqları dərindən maraqlandırıb. Cəmiyyət dinamikdir, yeniləşməyə və müasirləşməyə meyillidir.Ailədə mənəvi psixoloji iqlimin yaradılması, ailənin ideya, mənəvi estetik sərvətlərinə dəyərin qoyulması onun möhkəmliyinə dayanıqlı olmasına şərait yaradır. Ailədə sağlam, psixoloji mühit yaratmaq üçün ər və arvad arasında daim qarşılıqlı anlaşma mövcud olmalıdır.
Övladlığa götürmə hansı hallarda mümkündür?
Son vaxtlar İslam dinini qaralamaq üçün ciddi planlar qurulur. Xüsusilə Allah Rəsulunun yolu ilə hərəkət edən müsəlmanlara qarşı ciddi təzyiqlər və qarayaxmalar davam edir. İslam dini yayıldıqca, insanların bu dini sevməsini gördükcə, Peyğəmbərin gətirdiyi dinin ardıcılları çoxaldıqca narazı kütlələr müxtəlif vasitələrlə İslam dininin mahiyyətini öz əslindən başqa formada təqdim etməyə səy göstərirlər.
Elçin Hüseynbəyli yazır... Səksən minlik iş və səksən manat...
...Dostumla rayona getmişdik. Onu bu tərəflərdə tanımayan yoxdu. Tanıdıqlarına görə də güvənirlər. Sözü keçən adamdır. Özündən icazə almadığıma görə adını çəkmirəm.
Uşaq paralimpiyaçılarımız Vətənə qələbə ilə döndü
Azercell-in dəstəyilə Uşaq Paralimpiya Komitəsi boççia üzrə Moskvada keçirilən beynəlxalq yarışda 3-cü yeri qazandı. Azercell Telekom MMC-nin artıq bir neçə ildir ki, yaxın dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin idmançıları ölkəmizi daha bir beynəlxalq yarışda uğurla təmsil etdi.
Şirvan və Hacıqabulda 4 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə v
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şirvan şəhərində və Hacıqabul rayonunda inşa etdirilmiş 4 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə təqdim edilib.
Yunus Oğuz beynəlxalq tədbirdə məruzə ilə çıxış edəcək
Sentyabrın 13-15-də Özbəkistanın paytaxtı Daşkənd şəhətində “Əmir Teymur dönəmində elm və mədəniyyət” adlı beynəlxalq konfrans keçiriləcək. “Olaylar” xəbər verir ki, konfrans Özbəkistanın “Əmir teymur” Fondu və TİKA tərəfindən reallaşdırılacaq. Tədbirdə yazıçı-publisist, Əmir Teymur haqqında 2 cildliyin müəllifi Yunus Oğuz məruzə ilə çıxış edəcək.
İnsan alveri faktları çoxdur
“Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyinin sədri Xanım Əhmədzadə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdikləri “Məcburi əməyə qarşı mübarizəyə dair hüquqi maarifləndirmə tədbirləri” layihəsi barədə məlumat verərək bildirmişdir ki, məcburi əmək əksər dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ciddi transmilli cinayət təhdidlərindən biri kimi qəbul edilir. Məcburi əmək təhlükəsi barədə hüquqi maarifləndirmə işinin davamlı surətdə aparılması, dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının əlaqəli fəaliyyətinin gücləndirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, kadrların peşəkarlığının artırılması, əməliyyat potensialının, beynəlxalq münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi cinayət risklərinin azalmasına səbəb olan amillərdəndir.
Hər bir dərsliyin istifadə müddəti 4 ildir
Azərbaycanda sentyabrın 15-də 60-a yaxın modul məktəb istifadəyə veriləcək. Bu ilin sonuna kimi 100 modul məktəbin istifadəyə verilməsi planlaşdırılır. Məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib. O qeyd edib ki, ümumilikdə yeni tədris ilinə hazırdırlar. Tədris ilinə hazırlıq məqsədi ilə yay aylarında bütün lazımi və zəruri işlər həyata keçirilib.
Mediaya həssas münasibıtin daha bir nümunəsi
"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev azadlığa buraxılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib. M.Əliyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Məlumat üçün qeyd edək ki, Mehman Əliyevin azadlığa buraxılması onun Prezident İlham Əliyevə müraciətindən sonra reallaşıb. Belə ki, "Turan" informasiya agentliyinin baş direktoru Mehman ƏIiyevin həbsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Qazaxıstan səfərindən dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək məsələnin obyektiv şəkildə araşdırılmasını tövsiyə edib.
Mehman Əliyevin azadlığa buraxılması təqdir edilir
“Mehman Əliyev Azərbaycan mediasında müstəqil mətbuatın yaradılmasının ilk qaranquşlarındandır və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək azad olunması yaxşı olardı. O baxımdan da ölkə başçısı İlham Əliyevin Mehman Əliyev barəsində həyata keçirilən istintaqın ədalətli, obyektiv aparılması, eyni zamanda onun barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında göstərişini təqdir edirik”. Bunu “Konstitusiya” Fondunun prezidenti, Dövlət Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Avtomobildə sıxılış vəziyyətdə qalmış sürücü xilas edilib
Beyləqan rayonunda “VAZ” və “QAZ” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş vermişdir. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunaraq deformasiyaya uğramış “QAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.
Hərraca daha az investisiya tələb edən əmlaklar da çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 70 dövlət əmlakı çıxarılıb. Bunlardan 20-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u nəqliyyat vasitəsidir.
Nazirlik əhaliyə xəbərdarlıq etdi: sentyabrın 12-si səhərədək...
Dövlət sərhədini pozan 47 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.
Bakıda 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib
Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olub. Dövlət başçısına təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib. Məktəb 1917-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb.



.jpg)
.jpg)









