Uşaqların vətənpərvər ruhda tərbiyəsinə xidmət edəcək yeni qrur yaradılıb
Faiq Hüseynov: “Bu Azərbaycanda bir ilkdir” Bu günlərdə uşaqların hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edəcək daha bir qurum yaradılıb. “OLAYLAR”-ın xəbərinə görə, sentyabrın 12-də qrupun təqdimat mərasimi keçirilib. Yeni yaradılan “Əsgər bala” uşaq musiqi qrupu barədə məlumat verən qrupun təsisçisi Faiq Hüseynov deyib ki, məqsəd yetişməkdə olan gənc nəsli, uşaqları vətənpərvər ruhda tərbiyə etməkdir. Bunun Azərbaycanda bir ilk olduğunu deyən Faiq Hüseynov onu da əlavə edib indiyə qədər isə “Canbala” futbol klubu və moda klubu fəaliyyət göstərib. O, sözügedən klubların artıq bir sıra uğurlara imza atdığını da vurğulayıb. Bildirib ki, “Canbala” futbol klubunun yetirmələrinə hazırda ölkənin tanınmış futbol komandalarında rast gəlmək mümkündür.
12 Sentyabr 2017 15:32 SosialFaiq Hüseynov: "Bu Azərbaycanda bir ilkdir"
Bu günlərdə uşaqların hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edəcək daha bir qurum yaradılıb. "OLAYLAR"-ın xəbərinə görə, sentyabrın 12-də qrupun təqdimat mərasimi keçirilib. Yeni yaradılan "Əsgər bala" uşaq musiqi qrupu barədə məlumat verən qrupun təsisçisi Faiq Hüseynov deyib ki, məqsəd yetişməkdə olan gənc nəsli, uşaqları vətənpərvər ruhda tərbiyə etməkdir. Bunun Azərbaycanda bir ilk olduğunu deyən Faiq Hüseynov onu da əlavə edib indiyə qədər isə "Canbala" futbol klubu və moda klubu fəaliyyət göstərib. O, sözügedən klubların artıq bir sıra uğurlara imza atdığını da vurğulayıb. Bildirib ki, "Canbala" futbol klubunun yetirmələrinə hazırda ölkənin tanınmış futbol komandalarında rast gəlmək mümkündür. "Əsgər bala" uşaq musiqi qrupuna seçim proseduruna gəlincə, Faiq Hüseynov qeyd edib ki, qrupa üzv olmaq üçün 90 uşaq müraciət edib. Onlardan 7 nəfəri ilkin mərhələdən keçib. Ən sonda 3-4 nəfər müəyyən edilərək qrupda çalışacaq. Qrupun təsisçisi fəaliyyətin maddi tərəfinə gəlincə, qeyd edib ki, təsisçisi olduğu digər klublardan əldə etdiyi maliyyə əsasında "Əsgər bala" qrupunun fəaliyyəti təmin ediləcək. Fəaliyyət arenasına vətənpərvərlik ruhunda isə videokliplərin çəkilişi, musiqilərin yazılması, səsləndirilməsi daxildir.
Türkiyədə milyonların rəğbətini qazanan "O səs Türkiyə" proqramının iştirakçısı Sevinc Bəyaz sözügedən layihəni təqdir edərək əlindən gələn dəstəyi verəcəyini söyləyib. O, bildirib ki, uşaqları vətənpərvər ruhda böyütmək lazımdır və bu baxımdan belə bir qrupun yaradılması təqdirəlayiqdir. Təqdimat mərasimində çıxış edən digər natiqlər də layihənin əhəmiyyətindən danışıblar.