Baş Təhsil İdarəsi direktor müavinləri üçün iclaslar keçirir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və fənlər üzrə metodbirləşmə sədrlərinin bölmə iclaslarına start verilib. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,  bölmə iclaslarının təşkil olunmasında əsas məqsəd Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin, 2016-2017-ci tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdır. İlk bölmə iclasları sentyabrın 12-də Nizami, Nərimanov, Səbail, Yasamal və Qaradağ rayonları üzrə təşkil olunub. BŞTİ-nin struktur bölmə rəhbərləri və əməkdaşlarının iştirak etdiyi iclaslarda Təlimə Dəstək Mərkəzinin işçiləri moderatorluq ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və fənlər üzrə metodbirləşmə sədrlərinin bölmə iclaslarına start verilib. İdarənin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki,  bölmə iclaslarının təşkil olunmasında əsas məqsəd Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin, 2016-2017-ci tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdır. İlk bölmə iclasları sentyabrın 12-də Nizami, Nərimanov, Səbail, Yasamal və Qaradağ rayonları üzrə təşkil olunub. BŞTİ-nin struktur bölmə rəhbərləri və əməkdaşlarının iştirak etdiyi iclaslarda Təlimə Dəstək Mərkəzinin işçiləri moderatorluq ediblər. Bölmə iclaslarında 2016-2017-ci tədris ilində görülən və yeni dərs ilində nəzərdə tutulan işlərə, 2017-2018-ci tədris ilinin "Ümumi təhsildə keyfiyyət ili" elan edilməsi barədə təhsil nazirinin əmri ilə bağlı "Fəaliyyət planı"na uyğun tədbirlərin aparılmasına, fənn kurikulumlarının tətbiqinə, diaqnostik və formativ qiymətləndirməyə, dərslik və proqramların tətbiqi mexanizmi, həmçinin, fənn metodbirləşmələrinin fəaliyyətinin səmərəli təşkilinə dair tövsiyələrə toxunulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31