“Azərsu” 1100 nəfəri yay istirahətinə göndərib

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində işçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir.  Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, hər il ənənəvi olaraq Cəmiyyətin işçilərinin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər keçirilir. “Azərsu” ASC və Su Təsərrüfatı İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbirlər planına əsasən, Cəmiyyətin idarə və təşkilatlarında çalışan işçilər və onların ailə üzvləri ölkəmizin müxtəlif bölgələrindəki istirahət mərkəzlərinə göndərilir. Təsdiq olunmuş qrafikə əsasən, 2017-ci ilin yay mövsümündə iyun ayından  başlayaraq işçilərin istirahət mərkəzlərinə göndərilməsinə başlanılmışdır. İyun, iyul və avqust ayları ərzində  “Azərsu” ASC-nin idarə və müəssisələrində çalışan işçilər və onların ailə üzvləri Xaçmaz, Qusar, İsmayıllı, Naftalan və Lerikdəki istirahət və müalicə mərkəzlərinə göndərilmişdir. Ümumilikdə 1100 nəfərədək şəxs bu imkandan yararlanmışdır.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətində işçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir.  Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, hər il ənənəvi olaraq Cəmiyyətin işçilərinin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər keçirilir. "Azərsu" ASC və Su Təsərrüfatı İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbirlər planına əsasən, Cəmiyyətin idarə və təşkilatlarında çalışan işçilər və onların ailə üzvləri ölkəmizin müxtəlif bölgələrindəki istirahət mərkəzlərinə göndərilir. Təsdiq olunmuş qrafikə əsasən, 2017-ci ilin yay mövsümündə iyun ayından  başlayaraq işçilərin istirahət mərkəzlərinə göndərilməsinə başlanılmışdır. İyun, iyul və avqust ayları ərzində  "Azərsu" ASC-nin idarə və müəssisələrində çalışan işçilər və onların ailə üzvləri Xaçmaz, Qusar, İsmayıllı, Naftalan və Lerikdəki istirahət və müalicə mərkəzlərinə göndərilmişdir. Ümumilikdə 1100 nəfərədək şəxs bu imkandan yararlanmışdır.

İstirahət mərkəzlərində işçilərin və onların ailə üzvlərinin mənalı istirahəti üçün normal şərait yaradılmışdır. Onlar istirahət mərkəzlərində dincəlməklə yanaşı, ətraf rayonların dilbər guşələrinə, tarixi abidələr yerləşən məkanlarına  ekskursiyaya aparılmışlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31