Azərbaycanın sədrliyi ilə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 106-cı sessiyası keçirilir

Məlum olduğu kimi, Çinin Çenqdu şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyası öz işinə başlayıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, assambleya çərçivəsində təşkilatın İcraiyyə Şurası 106-cı sessiyasını keçirir. Şuraya Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edir. İclası açıq elan edən Nazir son bir ildə təşkilat tərəfindən həyata keçirilmiş fəaliyyətin vacib istiqamətlərini diqqətə çatdırıb. Daha sonra BMÜTT-nin baş katibi Taleb Rifai çıxış edərək təşkilatın büdcə vəziyyəti, 2016-2017-ci illər üzrə fəaliyyət proqramı, növbəti illər üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

Məlum olduğu kimi, Çinin Çenqdu şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyası öz işinə başlayıb. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, assambleya çərçivəsində təşkilatın İcraiyyə Şurası 106-cı sessiyasını keçirir. Şuraya Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edir. İclası açıq elan edən Nazir son bir ildə təşkilat tərəfindən həyata keçirilmiş fəaliyyətin vacib istiqamətlərini diqqətə çatdırıb. Daha sonra BMÜTT-nin baş katibi Taleb Rifai çıxış edərək təşkilatın büdcə vəziyyəti, 2016-2017-ci illər üzrə fəaliyyət proqramı, növbəti illər üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

İclas gündəlikdə duran digər vacib məsələlərin müzakirəsi ilə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31