Sosial
Qurani-Kərimdə adı keçən — 12 QİDA MƏHSULU və FAYDALARI
İnformasiya texnologiyalarında yeniliklər dünyanın ən çox diqqət ayırdığı məsələlərdəndir
Bu gün hər birimizin gündəlik istifadə etdiyimiz, interneti onsuz təsəvvür etmədiyimiz Google axtarış sisteminin 19 yaşı tamam olur. 1998-ci ildə Amerikanın Stenford universitetində tələbə yoldaşları olan Larry Page və Sergey Brinin birgə layihəsi nəticəsində meydana çıxan bu axtarış sistemi bu günün dünyanın ən nəhəng şirkətlərindən biridir.
DİN İsmayıllıdakı ağır qəza ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 26-da saat 23 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, kənd ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi “Toyota-Prado” və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi “Opel-Zafira” markalı avtomobillər toqquşub. Nəticədə R.Abbasov və sərnişinləri Qax rayon sakinləri Rüzgar Bayramov, oğlanları Sahib, Cavid, Yaşar Kərimovlar, qızları Rüfanə, Turanə hadisə yerində ölüblər, digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Mingəçevirdə yadplanetlilərin “UÇAN BOŞQAB”ı göründü – VİDEO
Qəzalı vəziyyətdə olan hidrotexniki qurğular təmir edilir
“Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakada, meydança və özüllərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı qəzalı vəziyyətdə olan 618 saylı estakadayanı meydançada aparılmış təmir-bərpa işləri nəticəsində buradakı 717 nömrəli quyu fəaliyyətsiz fonddan istismara qaytarılıb. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul vermiş, 4686-4669 metr intervaldan gündəlik 15 ton neft və 1800 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə. əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub. Daha sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rövşən Ağayev Ulu Öndərin dövlətin din siyasəti və mədəniyyətimizin inkişafı istiqamətində gördüyü misilsiz işlərdən danışıb, bu missiyanın onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini vurğulayıb.
Cəriməni ödəməyən sürücülər saxlanıb
Səbail rayonunda yol polisi tərəfindən cərimələrin ödənilməsi ilə bağlı əhali arasında məlumatlandırma işinin gücləndirilməsi məqsədi ilə reyd keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq tapşırığına əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, cərimələrin ödənilməsi ilə bağlı əhali arasında məlumatlandırma işinin gücləndirilməsi, təyin edilən cərimələrin ödənilməyəcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq görüləcək tədbirlər haqqında hərəkət iştirakçıları arasında zəruri izahat işinin aparılması, kobud qayda pozuntularına yol verən sürücülərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti reyd Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
“Qarabağ”ın oyununa görə təhlükəsizlik tədbirləri gücləndirilib
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi “Qarabağ” – “Roma” oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionunun ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Bu gün futbol matçını izləmək üçün xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, şəxsi avtomobillər stadionun ərazisinə buraxılmayacaq.
YAP müsabiqə keçirir
Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və Nizami rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, “İki sahil” qəzetinin dəstəyi ilə “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda rəsm və inşa müsabiqəsinə start verilib.
Dünya Azərbaycanlıları Bakıda müzakirə olundu
Bakıda Dünya Azərbaycanlıları Assambleyası Azərbaycan təmsilçiliyinin ofisində dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən DAA təmsilçiləri görüşüb. DAA-nın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Birləşmiş Ərəb Əmirliyindən Adelya Məmmədova, Böyük Britaniyadan Sevil Aslanova, İsveçdən Aida Məmmədova, Rusiya Federativ Respublikasının Saxalinsk əyalətindən Abil Əliyev, Azərbaycan nümayəndəliyinin rəhbəri Vəfa Muradzadə arasında görüş keçirilib.
Azercell-dən daha bir yenilik: yeni konsepsiyalı “Azercell Ekslüziv” mağazası abunəçilərin istifadəsinə verildi
Azercell şirkəti xüsusi rahatlığı və innovativ tərzi ilə seçilən növbəti mağazasını istifadəyə verib. Müştəri xidməti sahəsində hər zaman yenilikləri ilə fərqlənən, müştəri məmnuniyyətinə böyük önəm verən şirkət sentyabrın 26-da Bül-bül prospektində (Sahil metrosunun yanı) yeni konsepsiyalı Sahil Franchise ofisini abunəçilərin ixtiyarına verib. 110 m2 ərazidə yerləşən və ən müasir avadanlıqla təhciz olunan ofis yeni Nordic konsepsiyasına uyğun olaraq qurulub.
İcra başçısının köməkçisi vəzifəsindən azad edildi
Gürcüstanda azərbaycandilli məktəbdə hicab problemi yaranıb
Gürcüstanın Telavi rayonunun azərbaycanlıların sıx yaşadığı Qaracala kəndində məktəb direktoru hicablı 7-ci sinif şagirdini məktəbə buraxmayıb. Şagirdin atası Tahir Astanov məktəb rəhbərliyini dini azadlığın məhdudlaşdırılmasında ittiham edərək Gürcüstanın Təhsil və Elm Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb. O, artıq məsələ ilə bağlı Telavi Resurs Mərkəzinə müraciət edib. Məktəb direktoru Elza Aşirova isə bildirib ki, baş örütüyünə qadağa məktəb qaydalarına əsasən qoyulub. Onun sözlərinə görə, şagirdlərin məktəbə papaq və başqa baş örtükləri ilə gəlməsi qadağandır.
İntensiv yağış yağacaq, külək güclənəcək
Sentyabrın 28-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bu gündən geomaqnit qasırğaları gözlənilir
"Hal-hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 1 ilə 2 arasında dəyişir (maksimum 9 olur), lakin, 27-28 sentyabr tarixlərində bu indeks artacaq. Bu tarixlərdə geomaqnit həyəcanlaşması və hətta G1 (27 sentyabrda) və G2 (28 sentyabrda) sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir)". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
.jpg)













