Sosial
Xoşqədəmin verilişlərindən biri bağlandı
Aparıcı Xoşqədəm Hidayətqızının "Xəzər" telekanalında olan iki verilişindən birinin yayımı dayandırılıb. Aparıcının "Bizə danış" verilişi ötən televiziya mövsümündə həftə içi beş gün, "Səni axtarıram" isə bazar günləri efirə gedirdi. Yeni mövsümdən bazar günü yayımlanan efir dayandırılıb. "Səni axtarıram" artıq həftə içi beş gün efirə gedir. "Bizə danış" proqramı isə yayımdan yığışdırılıb.
Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin təqdimatı olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin hazırlanması üzrə missiyası ilə görüş olub. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq, ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirləri diqqətə çatdırıb.
Baş prokuror Siyəzən şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Qayınana hoteldə tutduğu gəlininin çılpaq şəkillərini efirdə göstərdi – VİDEO + FOTO
İnternet portalının rəhbərinə xəbərdarlıq edilib
Baş Prokurorluqda aparılmış araşdırmalarla “Ovqat.com” internet saytının baş redaktoru Heydər Həşimov tərəfindən cinayət-prosessual qanunvericiliyin, habelə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələbləri pozulmaqla Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Cahangir Hacıyev və qeyriləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi üzrə istintaq aparıldığı halda, ibtidai araşdırmanın maraqlarına zidd olaraq sensasiya yaratmaq naminə C.Hacıyevdən müsahibə alınaraq ictimailəşdirilməsi müəyyən edilmişdir.
Miqrasiya sahəsində əməkdaşlıq məslələri müzakirə edilib
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, görüşdə ölkələr arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrdən danışılıb. Bildirilib ki, Azərbaycan ilə Tacikistan bir-birinə dost ölkələrdir. Əminlik ifadə edilib ki, iki dövlət arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi yolunda səylər bundan sonra da davam etdiriləcək.
Monteneqro ilə hüquqi sahədə əməkdaşlıq genişlənir
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Azərbaycan və Monteneqro arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin müstəsna rolunu vurğulayıb. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət edən islahatlar, o cümlədən məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verib, məhkəmə və ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.
DGK-dan təkzib açıqlaması
Bu gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyədə fəaliyyət göstərən media orqanlarına istinadən qonşu ölkənin Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsinin saxlanıldığı, nəqliyyat vasitəsinin qoşqusunda aşkar edilən Azərbaycan vətəndaşları və əfqanlardan ibarət 200-dən artıq miqrantın Bakıda pul müqabilində nəqliyyat vasitəsinə mindirilərək qeyri-qanuni yollarla Avropaya daşındığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Adana film festivalında Cahangir Novruzova həsr olunan filmin təqdimatı keçirilib
Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə bu şəhərdə keçirilən XXIV Beynəlxalq Adana Film Festivali çərçivəsində Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədr müavini Cahangir Zeynalov haqqında "2 Dil 1 Harmoni" adlı bioqrafik sənədli filmin təqdimatı olub. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Sinema İdarəsi Müdirliyinin sifarişi ilə çəkilən filmin quruluşçu rejissoru və prodüsseri əslən azərbaycanlı olan hazırda Türkiyədə yaşayan Nəcibə Abbasovadır.
"Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası keçiriləcək
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Gənclər Təşkilatları Milli Şurası tərəfindən Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun "Global Shapers" İcmasının dəstəyi ilə "Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Milli Şuradan daxil olub.
Deputat təhlükəsizlik orqanlarına da çağırış edib
Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda rəsmi vəzifə tutan məmurun – Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən referenduma haqq qazandırmasını pisləyib. Deputat onun “Azərbaycan pasportumu yandıracağam” sözlərindən isə hiddətlənib. Məlumatına görə, Fazil Mustafa bu haqda belə deyib: “Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş militan deyir ki, “məni işdən müstıqil Kürdüstana görə çıxarsanız, mən də gedib Azərbaycan pasportumu yandıracağam”.
Mənsimov: "Lukoil" "Palmali"yə 4 mlrd. dollar zərər vurub"
"Palmali Holding" ikinci dəfə "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verməyə hazırlaşır. Bunu "Anadolu" agentliyinə açıqlamasında "Palmali Holding"in rəhbəri Mübariz Mənsimov bildirib. Onun sözlərinə görə, "Palmali Holding" "Litasco"dan 2 mlrd. dollar məbləğində təzminat tələb edir: "Biz iyulun 17-də London Ali Arbitraj Məhkəməsinə müraciət edərək "Litasco"dan 2 mlrd. dollar təzminat tələb etmişik. Öz növbəsində "Lukoil" bundan qorxuya düşüb və "Litasco"nu sataraq ondan canını qurtarmaq istəyir. Bu, saxtakarlıqdır".
Bakcell beynəlxalq ITU Telecom World 2017” sərgisində iştirak edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 25-28 sentyabr tarixində Cənubi Koreya Respublikasının Busan şəhərinə keçirilən Beynəlxalq “ITU Telecom World 2017” sərgisinə qatılıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən "ITU Telecom World 2017”-də Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. 4 gün davam edəcək tədbirin açılış mərasimi 25 sentyabrda Busan şəhərinin BEXCO sərgi və konfrans mərkəzində baş tutub.
Jurnalistlər yeni binaya nə vaxt köçə bilər?
Səhiyyə Nazirliyi: Rezidentlər əmək müqaviləsi bağlamaq üçün klinik bazalara müraciət etməlidir
Səhiyyə Nazirliyi bu il rezidenturaya qəbul olanlara müraciət edib. Nazirlikdən verilən xəbərə görə, müraciətdə bildirilir ki, 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslər sentyabrın 30-dək sənədləri təqdim etməlidir.














