Sosial

Azərbaycanlı tələbə “Quiz on Korea” intellektual yarışmasında ölkəmizi təmsil edib

27 Sentyabr 2017 12:01

Azərbaycan Dillər Universitetinin  Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili-Koreya dili ixtisasının IV kurs tələbəsi Fəridə Aydayeva Koreyada təşkil olunmuş “Quiz on Korea” intellektual yarışmasında Azərbaycanı təmsil edib. “Olaylar” bildirir ki, F.Aydayeva 1 həftəlik səfəri zamanı Koreyanın tarixi, mədəniyyəti və gündəlik həyatı ilə yaxından tanış olduğunu, qələbə qazana bilməsə də Azərbaycanı Koreyada layiqincə təmsil etməkdən qürur duyduğunu bildirib.

Lütfi Zadə ilə vida mərasiminin keçiriləcəyi tarix AÇIQLANDI

27 Sentyabr 2017 11:54

Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək. Bu barədə  AMEA Rəyasət Heyətinin aparatıİctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycanda bəzi cinayətlərə görə həbs cəzaları maliyyə sanksiyaları ilə əvəz olunur

27 Sentyabr 2017 11:33

Azərbaycanda mülkiyyət əleyhinə, o cümlədən gömrük və vergidən yayınma ilə bağlı cinayətləri törədən şəxs zərəri ödədiyi halda cinayət məsuliyyətinə cəlb edilməyəcək. Məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə (CM) yeni 73-1 (Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə) və 73-2 (İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məsuliyyətdən azad etmə) maddələrinin əlavə edilməsi təklif olunur.

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?..

27 Sentyabr 2017 11:31

2019-cu ildə həyata keçiriləcək qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.

Azərbaycanda 3 yaşınadək uşağa baxan kişilərə GÜZƏŞT olacaq  

27 Sentyabr 2017 11:27

 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə ictimai işlər tətbiq olunmayacaq. Bununla bağlı Cinayət Məcəlləsinin 77-ci (İctimai işlər) maddəsinə dəyişiklik edilir. Hazırki qanunvericiliyə əsasən, himayəsində 8 yaşınadək uşağı olan qadınlara ictimai işlər tətbiq olunmur. Dəyişiklik layihəsində yaş həddi 3-ə endirilir. Bundan əlavə, 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə də ictimai işlərin tətbiq olunmaması qeyd edilir.

Ev alanlar üçün çoxdan gözlənilən yenilik

27 Sentyabr 2017 11:19

Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi mühüm yenilik baş verib. Bundan sonra yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə biləcəklər. Eyni zamanda vətəndaşlar alacağı mənzillərin qiymətini əvvəlcədən bazar dəyərlərinə uyğun öyrənəcəklər.

İsmayıllıda dəhşətli qəza: 7 ölü, 3 yaralı

27 Sentyabr 2017 11:14

İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölmüş, digər avtomobildə olan 3 nəfər xəsarət alıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Rus deputat Anara görə Polad Bülbüloğluna MÜRACİƏT ETDİ- VİDEO

27 Sentyabr 2017 11:11

Rusiyanın Xabarovsk Şəhər Dumasının deputatı Smolkin Yevgenin pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən azərbaycanlı Anar Allahverənova kömək etmək üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib.

“Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi”

27 Sentyabr 2017 11:09

Nəsimi rayonu İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə  İ.Əbülhəsənov adına 42 saylı tam orta məktəbdə  yuxarı sinif şagirdlərinin, məktəb müəllimlərinin və valideynlərin iştirakı ilə “Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi” mövzusunda  maarifləndirici tədbirlərə start verilib.

İstanbulda müsəlman gəncliyinin durumu müzakirə edilib  

27 Sentyabr 2017 11:04

İstanbulda, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkilatçılığı ilə, İƏT tarixində ilk dəfə bu ildən başlayaraq keçirilən Gənclər Gününə həsr olunmuş “Müsəlman Gəncliyinin Durumu” adlı, yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, konfransda eyni zamanda İƏT üzv ölkələrin gənclərinin durumunu əks etdirən ilk tədqiqat hesabatının təqdimatı da olub.

“Kara sevda”nın Zeynəbi BOŞANIR - Serialdakı xəyanət real oldu

27 Sentyabr 2017 10:33

"Kara Sevda" serialında Zeynəb obrazı ilə məşhurlaşan aktrisa Hazal Filiz Küçükköse həyat yoldaşı Tuan Tunalı ilə boşanmaq üzrədir. Hazal Filiz Küçükköse və Tuan Tunalı sosial şəbəkədə bir-birini dostluqdan silib. Lakin aktrisa instaqramda həyat yoldaşı ilə paylaşdığı şəkilləri saxlayıb.

Rusiyalı bloqer canlı yayımda öldü – VİDEO

27 Sentyabr 2017 10:19

Rusiyalı bloqer Arslan Valeyev canlı yayımda izləyicilərə qara mamba ilanını göstərmək istəyib. Bu zaman heyvan onun əlini sancıb. Özünü pis hiss edən bloqer təcili tibbi yardım çağırmağı xahiş edib. Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, xəstəxanada dünyasını dəyişib.