Sosial

Əcnəbilərin Azərbaycanda yaşaması üçün tələblər dəyişdi

20 Oktyabr 2017 14:27

Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.“Olaylar”ın məlumatına görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün tələblər dəyişdirilib.

Milli Məclis yeni medal təsis etdi

20 Oktyabr 2017 14:24

Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib.“Olaylar”ın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunub. Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər. Dəyişiklik Milli Məclisin iclasında səsə qoyularaq qəbul edilib.

Lökbatan dairəsinə qədər olan hissədə hərəkət məhdudlaşdırılacaq

20 Oktyabr 2017 14:18

Bakı Nəqliyyat Agentliyi tərəfindən Bibiheybət yolunun (Bibiheybət məscidindən “Lökbatan” dairəsinə qədər olan hissə) yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudulaşdırılacaq.

Binəqədidə hesabat toplantısı keçirilib

20 Oktyabr 2017 14:14

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2017-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə çıxış edən  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iclası giriş sözü ilə açaraq Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən danışıb.

Naxçıvanın Konstitusiyası dəyişdi

20 Oktyabr 2017 13:51

Milli Məclisin iclasında 2016-cı ilin 26 sentyabrında ümumxalq səsverməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi müzakirəyə çıxarılıb. “Olaylar”ın məlumatına görə, dəyişiklik Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 8-ci maddəsinə (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) təklif edilir.

Deputatlığa namizəd azərbaycanlının və yaxınlarının güllələnməsi ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNDİ

20 Oktyabr 2017 12:49

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) hakim "Gürcü Arzusu" Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb.

ABUC layihə üzrə yekun mətbuat konfransı keçirdi

20 Oktyabr 2017 12:37

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən   “ Aprel döyüşlərinin  qəhrəmanlıq  nümunələrinin təbliği ” layihəsinin yekun mətbuat konfransı  keçirdi.

Şəmkirdə ikimərtəbəli ev yanıb

20 Oktyabr 2017 12:25

Şəmkir rayonunun Çinarlı qəsəbəsində vətəndaşa məxsus ikimərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ikimərtəbəli səkkiz otaqlı evin dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 216 m2 sahədə yanıb.

“Azərbaycan bayrağı” kitabı təqdim olundu

20 Oktyabr 2017 12:22

Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın “Azərbaycan bayrağı” adlı kitabının təqdimatı olub. Olaylar bildirir ki, tədbirdə müəllif Könül İmamverdiyeva kitab haqqında məlumat verib. Bildirib ki, yeni nəşr bayrağımızın təkamülü, inkişaf yolları və formalaşması tarixinə həsr edilib. Kitabın elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, rəyçisi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.

Magistral yolda rənglənmə işləri aparılır

20 Oktyabr 2017 12:14

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, oktyabrın 20-də və 21-də saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq. 

Milli parklarda davranış qaydaları təbliğ ediləcək

20 Oktyabr 2017 12:12

“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Milli Parklarda davranış qaydaları” layihəsinin icrasına başlanılıb. “OLAYLAR”-a İctimai Birlikdən daxil olan məlumata görə, layihə əsas iki istiqamət üzrə fəaliyyət göstərəcək.

Müsavat imititasiya ilə məşğuldur

20 Oktyabr 2017 12:09

“Müsavat partiyası yenə imitasiya ilə məşğul olur. AXCP-nin keçirdiyi kütləvi aksiyalardan kölgədə qalacağından qorxub bu dəfə də rəqabətə girməyə çalışdı”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən AMİP rəsmisi Əli Orucov bildirib ki, cəbhəçilərdən fərqli olaraq müsavatçılar mitinq deyil, küçə yürüşünü seçdi: "Niyə? Çünki bilirdilər ki, hakimiyyət “Məhsul” stadionunda mitinqə icazə verəcək, amma mitinq-yürüşə yox deyiləcək.

Məhkumlarla bağlı Y ENİ QAYDALAR

20 Oktyabr 2017 11:48

Baş nazir Artur Rasizadə "İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası"nı təsddiq edib.