Lökbatan dairəsinə qədər olan hissədə hərəkət məhdudlaşdırılacaq

Bakı Nəqliyyat Agentliyi tərəfindən Bibiheybət yolunun (Bibiheybət məscidindən “Lökbatan” dairəsinə qədər olan hissə) yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudulaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyi tərəfindən Bibiheybət yolunun (Bibiheybət məscidindən "Lökbatan" dairəsinə qədər olan hissə) yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudulaşdırılacaq. Bu barədə məlumat "OLAYLAR"-a BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, rənglənmə işlərinin axşam 18:00-dək yekunlaşdırılması nəzərədə tutulur. Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31