Sosial

Nazir vətəndaşları qəbul etdi

20 Oktyabr 2017 15:38

Oktyabrın 20 – də səhiyyə naziri Oqtay Şirəliyev Göyçay Mərkəzi Rayon Xəstəxanasında Göyçay, Ucar, Ağdaş, Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. "Olaylar" bildirir ki, qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Mətbuat Şurasının sədri QDİƏT komitəsinin iclasında iştirak edib

20 Oktyabr 2017 15:39

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya Komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək 49-cu iclasında iştirak edib.

Hava yağmursuz olacaq

20 Oktyabr 2017 15:36

Oktyabrın 21-də Azərbaycan gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı

20 Oktyabr 2017 15:34

Gəncə şəhər sakini Azadxan Əliyev özünü asıb. Təxminən bir ay öncə azyaşlı qızı itkin düşən A.Əliyevin dünən yeddi mərasimi olub.

Uşaq əməyinin istismarı ilə bağlı seminar təşkil olunub

20 Oktyabr 2017 15:29

Əmək müqaviləsi yalnız on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər və bu yaş həddinə çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb olunur. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Uşaq əməyinin istismarı ilə bağlı nəzarət funksiyaları olan orqanların birgə fəaliyyətinin əhəmiyyəti” mövzusunda Bakının Nərimanov rayonunda təşkil etdiyi seminarda vurğulanıb.

Avropalaşan adət-ənənələrimiz

20 Oktyabr 2017 15:26

Azərbaycanın tarixən özünəməxsus adət-ənənələri, qaydaları olub. Bu adət-ənənələr. qızıl qaydalar həm xeyir, həm də şər məclislərini əhatə edib. Ancaq dünyamız inkişaf edib müasirləşdikcə qədimdən bizə miras qalan həmin adət-ənənələrimiz də avropalaşıb, qərbləşib. Toylarımız daha dəbdəbəli xarakter alıb, Qərb üsuluna keçib. Şər məclisləri, hüzur mərasimləri isə bir növ toya çevrilib.

Səkkiz aydır manat sabitdir, amma qiymətlər yenə də qalxır

20 Oktyabr 2017 15:17

Ölkədə mal və xidmətlərin qiymətlərinin süni şəkildə artması mşahidə olunur. Ekspertlərin qənaətinə görə, baş verən qiymət artımının heç bir iqtisadi əsası yoxdur. Bazarın tələb və təklif qaydalarını, insanların alıcılıq qabiliyyətini nəzərə almyan istehsalçılar əksər hallarda qiymələri özləri diktə edir.

Vəkilllər Kollegiyası məhkəmə xidmətlərini  artıracaq

20 Oktyabr 2017 15:15

Son illər hər bir sahə kimi hüquq sahəsində də müəyyən addımların atılması, bu sahədə mövcud olan qanunvericlik bazasının təkmilləşdirilməsi və müasir dünyanın tələblərinə uyğunlaşdırılması kimi müsbət tendensiya müşahidə edilməkdədir. Elə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə və İnzibati Prosessual Məcəlləyə nəzərdə tutulan əlavə və dəyişikliklər də bu qəbildəndir. Məlumat üçün qeyd edək ki, dəyişikliklərə əsasən fiziki şəxslərin məhkəmədə vəkil olmayan hüquqi nümayəndələr tərəfindən müdafiə edilməsinə qadağa qoyula bilər.

Əmək, məşğulluq və sosial müdafiənin aktual məsələlərinə dair beynəlxalq elmi-praktik konfrans keçirilib

20 Oktyabr 2017 14:59

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin 20 illiyi ilə əlaqədar  nazirlikdə “Əmək, məşğulluq və sosial müdafiənin aktual məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə  aidiyyəti hökumət qurumlarının, ölkəmizin ali təhsil müəssisələrinin və Vilnus (Litva) Universitetinin nümayəndələri, həmçinin Litva və Moldovadan olan ekspertlər və b. iştirak edib.

Azərbaycanın xüsusi qrupundan Ermənistana ŞOK HÜCUMLAR: məxfi məlumatlar ələ keçirildi

20 Oktyabr 2017 14:50

Azərbaycanın “Anti-Armenian Team” haker qrupu 6 yaşını qeyd edir. Qrup 6 illik fəaliyyəti ilə bağlı məlumat yayıb. Əsas hədəfi işğalçı Ermənistan olan haker qrupu indiyə kimi bir sıra uğurlu əməliyyat həyata keçirib.

Milli Məclis “Mədəniyyət haqqında” qanuna dəyişiklik edib

20 Oktyabr 2017 14:38

Milli Məclisin plenar iclasında “Mədəniyyət haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, layihə ilə bağlı parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.

Nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran sənədin müzakirəsi təxirə salınıb

20 Oktyabr 2017 14:32

"Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi Azərbaycan Milli Məclisinin plenar iclasının gündəliyindən çıxarılıb. “Olaylar” xəbər verir Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, qanun layihəsinin hazırlanması gecikib, ona görə də gündəlikdən çıxarılıb.

Millət vəkilinin dizayn iradı

20 Oktyabr 2017 14:31

“Milli Məclisə yeni medalın təsis olunması ilə bağlı qanun layihəsi təqdim edilərkən şəkillər keyfiyyətsiz və solğun olur”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin iclasında “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalın təsis edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

Poçt xidmətinin əhatə dairəsi dəqiqləşib

20 Oktyabr 2017 14:29

"Poçt haqqında" qanunda dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. “Olaylar” ın məlumatına görə, dəyişikliyə əsasən, qanuna xüsusi poçt rabitəsi ilə bağlı yeni maddə əlavə edilib. Layihəyə əsasən, xüsusi təyinatlı poçt rabitəsinin əhatə dairəsi dəqiqləşdirilib, habelə xüsusi təyinatlı poçt rabitəsinin bir növü olan xüsusi poçt rabitəsi xidmətinin vəzifələri, fəaliyyət sahəsi, bu xidmətin göstərilməsi ilə bağlı olan digər məsələlər tənzimlənir.