Nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran sənədin müzakirəsi təxirə salınıb

"Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi Azərbaycan Milli Məclisinin plenar iclasının gündəliyindən çıxarılıb. “Olaylar” xəbər verir Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, qanun layihəsinin hazırlanması gecikib, ona görə də gündəlikdən çıxarılıb.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsi Azərbaycan Milli Məclisinin plenar iclasının gündəliyindən çıxarılıb. "Olaylar" xəbər verir Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, qanun layihəsinin hazırlanması gecikib, ona görə də gündəlikdən çıxarılıb. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Bundan başqa, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək. Həmçinin, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi də gündəlikdən çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31