Millət vəkilinin dizayn iradı

“Milli Məclisə yeni medalın təsis olunması ilə bağlı qanun layihəsi təqdim edilərkən şəkillər keyfiyyətsiz və solğun olur”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin iclasında “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalın təsis edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

"Milli Məclisə yeni medalın təsis olunması ilə bağlı qanun layihəsi təqdim edilərkən şəkillər keyfiyyətsiz və solğun olur"."Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin iclasında "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalın təsis edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib. O bildirib ki, bu, hörmətsizlikdir: "Qanun layihəsini Milli Məclisə təqdim edən orqan bunu düşünməlidir. Növbəti medal təsis olunarkən layihədəki şəkil keyfiyyətli olmalıdır". Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, yeni medal olarsa, dizaynını E.Axundova verər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31