Sosial
Balların hesablanması qaydası dəyişəcək
Dövlət qulluğuna qəbul üçün ilk müsabiqə noyabr ayında keçiriləcək. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib. B.Xəlilov bildirib ki, imtahanlardan uğurla keçən namizədlərə sertifikat veriləcək. Həmin namizədlər bu sertifikatlara uyğun olaraq vakant dövlət qulluğu müsahibələrində iştirak edə biləcəklər.
"Hər gecə Mehriban xanımın otağında yatırdıq" - "Maşın Şou"da YENİ QALMAQAL
Nanə Ağamalıyeva avtomobil qəzasına düşdü
Səidə Dadaşova: İlk həyat yoldaşım alfons idi – VİDEO
Qadın sanıb evə apardı: soyunanda həyatının şokunu yaşadı - FOTO
Qanunsuz ovçular saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz çöl quşları və vəhşi heyvanların ovlanmasının qarşısını almaq məqsədi ilə növbəti reyd keçirilib. Olaylar bildiriir ki, reyd zamanı Şabran rayonu ərazisində, “Ağzıbir” ovçuluq təsərrüfatının Xəzər dənizi sahil zolağında qanunsuz ov edən Cəlilabad rayon sakini Aqil Abdullayev, Şabran şəhər sakini Sadiq Həmzəyev və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Sulaiman Mohammad Hassan Fakher saxlanılıb. Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb.
Səhiyyə Nazirliyindən əhali arasında yayılan xəstəliklə bağlı - Açıqlama
Nazir vətəndaşları qəbul edəcək - Şəmkirdə
Oktyabrın 26 - da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Olaylar bildirir ki, qəbulada iştirak etmək istəyən vətəndaşların qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Supermarketdə BİABIRÇILIQ - Qadın paltarını qaldırdı və...
Şəmsəddin Hacıyev istintaqa çağırılıb - özü necə təsdiqlədi?
Ölüm cəzasına məhkum olanların SON SÖZLƏRİ – ARAŞDIRMA
Bakıya qaçdı, zorlandı, 15 yaşında hamilə qaldı - Sevdanın başına gələnlər...
"Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Qaradağ rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirib. Olaylar bildirir ki, tədbirdə Qaradağ rayonu ərazisində yerləşən məktəblərin müəllim və şagird kollektivi, yerli ictimaiyyətin nümayəndələri iştirak edib. Qaradağ rayonu İcra hakimiyyəti ilə birgə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov “Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə deyib. İştirakçılar professor Fuad Məmmədovun mühazirəsini maraqla qarşılayıb, sonra mövzu ətrafında müzakirə aparılıb.
Qədim yurd yerləri də aşkar edildi - Yardımlıda
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Anar Ağalarzadə başçılıq etdiyi arxeloji ekspedisiya Yardımlı rayonu ərazisində yeni abidələr aşkar ediblər. Olaylar bildirir ki, qazıntılar Sarıbulaq yaylaqlarında, dəniz səviyyəsindən 2000 m yüksəklikdə yerləşmiş çoxlu sayda qəbir abidələrində, həmçinin müxtəlif struktura malik kurqan və daş qutu qəbirlərində aparılıb.
Kurık limanı Gəmiçiliyi mükafatlandırıb
Qazaxıstanın Kurık limanından Yeni Bakı limanına göndərilən yükün həcmi bir milyon tona çatdırılıb. Bu münasibətlə limanda təntənəli mərasim keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, limanın baş direktoru Mirzabek Sakdaqanov peşəkar xidmət göstərməsinə görə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyinin “Təşəkkürnamə”yə layiq görüldüyünü deyib. “Təşəkkürnaməni” qəbul edən “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin kapitanı Abuzər Həsənov Gəmiçiliyin bərələrinə göstərilən etimada görə, Kurık limanının rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. Bundan sonra da Xəzər üzərindən tranzit yükdaşımalarda bacarıqlarından maksimum dərəcədə istifadə edəcəklərini deyib.



.jpg)










