Sosial
Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir
“Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir. Bu baxımdan, sosial sahənin qanunvericilik bazası da daim nın təkmilləşdirilir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Bunun nəticəsidir ki, ölkədə uğurlu sosial siyasət həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin son iclasında sosial sahədə həyata keçirilən siyasətin əhəmiyyəti vurğulanıb.
Polis maşında söhbət etdiyinizi belə görəcək - 40 AZN cəriməsi var
Dünəndən sosial şəbəkələrdə sükan arxasında diqqəti yayındıracaq söhbət və hərəkətlərə görə sürücülərin 40 manat cərimələnəyi ilə bağlı məlumat müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri bildiriblər ki, bütün sürücülər sükan arxasında söhbət edir, onda gərək hər kəs cərimələnsin.
BANM Türkiyənin Orta Doğu Texniki Universiteti ilə əməkdaşlıq edəcək
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ümumi işlər üzrə prorektor Rəşad Həsənov Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetində (ODTU) olub, ODTU-nin rektoru, professor Mustafa Verşan Kök, prorektorlar professor Dilək Sanin, professor Mehmet Zeyrək, professor Meleha Altunışıq ilə görüşüblər.
Karyera planlama təlimləri davam edir
"Məktəblinin dostu" layihəsi çərçivəsində 2017-2018-ci tədris ili üzrə karyera planlama təlimləri başlayıb. “OLAYLAR”-ın Bakı Şəhəri Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, təlimlər layihə daxilində fəaliyyət göstərən Psixoloji Mərkəzin əməkdaşları tərəfindən keçirilir.
“Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşması günü BNA nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib
18.10.2017 tarxində UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi missiyasına uyğun olaraq sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib.
Xidmət rəisi vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Sumqayıt şəhərində Sumqayıt, Abşeron, Qubadlı, Şuşa, Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. “OLAYLAR”-ın xəbərinə görə, qəbulda 25 vətəndaş iştirak edib.
Bolqarıstanla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Maya Hristova arasında görüş keçirilib . “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə mədəniyyət və turizm sahələri üzrə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparıldı və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi zərurəti vurğulandı.
Bu il Bakıda müxtəlif cinayətlər törətmiş 228 nəfərdən ibarət 99 qrup zərərsizləşdirilib
Bakıda bu ilin 9 ayı ərzində qeydə alınan cinayətlərin statistikası açıqlanıb. Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində qeyd olunub ki, 2017-ci ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 9.148 (9.137) cinayət qeydə alınıb ki, onların da 83,2%-i (7.608-i) az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8%-i isə (1.540-ı) ağır və xüsusilə ağır növlər olub.
Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib
Bakı Şəhər Baş Polis İdarəsində 2017-cı ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. İdarədən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, respublikada prezident İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi 2017-ci ilin 9 ayı ərzində də uğurla davam etdirilib, ölkədə insan hüquq və azadlıqlarının qorunması təmin edilib.
Bakıda 14 min nəfərə yaxın şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb
Bu ilin 9 ayı ərzində Bakıda qeydiyyata alınan və qeydiyyatdan çıxarılan şəxslərin sayı açıqlanıb. Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində bildirilib ki, qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən bu il ümumilikdə 25 min 957 nəfərə şəxsiyyət vəsiqəsi verilib. Bundan başqa 13 min 926 vətəndaş yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb, 5567 şəxs qeydiyyata alınıb.
Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılıb
Bu gün bütün sahələrdə sürətli inkişaf yolu keçən Azərbaycanda fundamental azadlıqlar, haqq və hüquqların ən yüksək səviyədə qorunduğunun şahidinə çevrilməkdəyik. 25 ildən artıqdır öz müstəqil yolunda uğurla addımlayan Azərbaycan Respublikası müstəqil, azad, demokratik bir ölkənin ata biləcəyi bütün addımları atır, zəruri islahatları həyata keçirir.
MDB Sərhəd Qoşunları komandanları Şurasının iclasında 25 sənəd imzalanıb
Bakıda MDB Sərhəd Qoşunları komandanları Şurasının 78-ci iclası keçirilib. Məlumata görə, iclasda 8 ölkənin Sərhəd Qoşunları xidmətinin nümayəndələri iştirak edib. Tədbirə həmçinin MDB İcraiyyə Komitəsinin rəhbəri qatılıb.
Ağsu aşırımında sürüşmə: yolda çatlar əmələ gəldi - VİDEO
Ağsu aşırımında sürüşmə olub, magistral yolda çatlar əmələ gəlib. Son günlər intensiv yağışlar səbəbi ilə sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə olunub. Ağsu rayonu ərazisində mövcüd sürüşmə nöqtələrində uçqunlar baş verib.
Azərbaycanda fəhlə arvadının iki kişi ilə görüntülərini çəkdi - VİDEO
Azərbaycanda ər arvadını xəyanət edərkən tutub. ARB TV-də efirə gedən "Çıxış yolu Afət Rahilqızı ilə" verilişinə Aftandil adlı şəxs müraciət edib. O, iki qız övladının valideynlik hüququnu tələb edib. Salyan rayonunda ailəsi ilə birgə yaşayan Aftandil işi Bakıda olduğu üçün həftənin 5 günü orda qaldığını deyib.
Cəza çəkməkdən azad edilmiş 3660 nəfərə birdəfəlik müavinət ödənilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 3660 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.














