Sosial

Milli Şuranın mitinqində terror hazırlayan şəxslərin evindən çıxan silah-sursat məlum olub

26 Oktyabr 2017 13:12

Oktyabrın 25-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda - Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə Abşeron rayon prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib.

DİN jurnalistin ölümü ilə bağlı məlumat yayıb

26 Oktyabr 2017 12:56

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda jurnalistin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, oktyabrın 25-də saat 18 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Kamil Mirzəyev idarə etdiyi “Otokar” markalı avtomobillə yolu keçən həmyerlisi Səxavət Məmmədlini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

İstintaq təcridxanasına başçəkmə keçirilib

26 Oktyabr 2017 12:55

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, başçəkmə zamanı saxlanılma şəraiti, rəftar məsələləri araşdırılıb. Bu məqsədlə müəssisədə saxlanılan bir çox şəxs fərdi qaydada qəbul edilib və dinləniliblər.

Məktəblilər arasında fotomüsabiqə keçiriləcək

26 Oktyabr 2017 12:53

Məktəblilər arasında “Şanlı bayrağım” adlı fotomüsabiqəyə start verilib. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, müsabiqə paytaxt üzrə "Məktəblinin dostu" layihəsinin həyata keçirildiyi 31 ümumi təhsil məktəbini əhatə edir.  

İslam həmrəyliyi varmı?

26 Oktyabr 2017 12:47

Son illər müsəlman ölkələri arasında bir-birinə ən çox tutulan iradlardan biri İslam həmrəyliyinə əməl etməməklə bağlıdır. Bir müsəlman ölkəsinin hansısa bir qeyrimüsəlman dövləti ilə əməkdaşlıq etməsi dərhal İslam həmrəyliyinə ziddiyət kimi qələmə verilir. Hətta bəzi hallarda həmin ölkələrin daxili işlərinə belə müdaxilə edilərək qeyri-müsəlman ölkəsi ilə əməkdaşlıqdan çəkinmək kimi absurd, gülünc tövsiyələr edilir. Necə ki, Azərbaycanın İsraillə əməkdaşlığı, xüsusilə iki ölkə arasında hərbi sahədə artan əlaqələr cənub qonşumuzu narahat edir.

Rəqəmsal pula keçid mümkündürmü?

26 Oktyabr 2017 12:42

Bitkoin alaq yoxsa almayaq? Bu bitkoinlərin qiyməti 6 min dolları keçdikdən sonra ən çox verilən suallardan biridir. Bitkoinlərin qiyməti 4 min dollara çatanda qiymət artımlarının olacağı barədə proqnozlar bir müddən öncə verilmişdi. Qısa zamanda bitkonlərin qiyməti 50 faiz artıb. Öncədə qeyd etdiyimiz sualını cavablandırmadan ən öncə aydınlıq üçün bitkoin nədir məqamını aydınlaşdırmaq lazımdır.

İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addım

26 Oktyabr 2017 12:40

Azərbaycan daim hüquqi sahədə atmış olduğu addımlar, həyata keçirdiyi islahatlarla diqqət mərkəzinə gəlir, nümunə rolunu oynayır. Nəzərə alsaq ki, bu kimi addımlar bir qayda olaraq ölkədə insan hüquq və azadlıqlarının qorunması, bu hüquqların müdafiəsinıə hesablanır, o halda beynəlxalq aləmin, nüfuzlu təşkilatların, ən əsası insan hüquq və azadlıqlarının qorunması adı altında fəaliyyət göstərən transmilli qeyri-hökumət təşkilatlarının da ölkəmizdə bu sahədə həyata keçirilən islahatları dəstəkləməsi, təqdir etməsi zəruridir.

İki həftə ərzində iki möhtəşəm “Cek Pot” uduldu: 99 min740 manat və 274 min 960  manat məbləğində...

26 Oktyabr 2017 12:30

Yaşadığımız oktyabr ayı lotereya həvəskarlarının xatirində yəqin ki, cari ilin uduşlarla ən zəngin ayı kimi qalacaq. Bəli, bu ayın əvvəllərində “6/40” lotereyasında qeyd olunan fantastik 274 min 960 manat məbləğində uduşun həyəcanı, sevinci hələ keçməmiş daha bir möhtəşəm uduş – 99 min740 manat məbləğində “Cek Pot” uduşu “5/36” lotereyasında qeydə alındı.

Nazir Şəmkirdə

26 Oktyabr 2017 12:26

Oktyabrın 26 – da  Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı təsdiqlənib -  SİYAHI

26 Oktyabr 2017 12:20

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib. Bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.

Mübariz Qurbanlı: “Ermənilər yenə də uydurma xəbərlər yayırlar”

26 Oktyabr 2017 12:08

“Əlimizdə təkzibedilməz faktlar var ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində, zamanında Azərbaycan torpaqları olan indiki Ermənistan adlanan dövlətindəki tarixi abidələrimizi kütləvi sürətdə dağıdır”. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıAzərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin Moskvada keçirilən görüşündə imzalanan bəyanatda əks olunan “hər iki tərəfdə dini abidələr dağıdılır” fikrinə münasibət bildirərkən deyib.

Respublikanın baş anestezioloqu Sumqayıtda klinikada 3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə ifadə verəcək

26 Oktyabr 2017 12:02

Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzu Qurbanlının ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə İ. Qəmbərovun vəkili Əli Hüseynov vəsatətlə çıxış edib.