İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addım
Azərbaycan daim hüquqi sahədə atmış olduğu addımlar, həyata keçirdiyi islahatlarla diqqət mərkəzinə gəlir, nümunə rolunu oynayır. Nəzərə alsaq ki, bu kimi addımlar bir qayda olaraq ölkədə insan hüquq və azadlıqlarının qorunması, bu hüquqların müdafiəsinıə hesablanır, o halda beynəlxalq aləmin, nüfuzlu təşkilatların, ən əsası insan hüquq və azadlıqlarının qorunması adı altında fəaliyyət göstərən transmilli qeyri-hökumət təşkilatlarının da ölkəmizdə bu sahədə həyata keçirilən islahatları dəstəkləməsi, təqdir etməsi zəruridir.
26 Oktyabr 2017 12:40 SosialHər bir fərdin hüququna dövlət diqqətlə yanaşır
Azərbaycan daim hüquqi sahədə atmış olduğu addımlar, həyata keçirdiyi islahatlarla diqqət mərkəzinə gəlir, nümunə rolunu oynayır. Nəzərə alsaq ki, bu kimi addımlar bir qayda olaraq ölkədə insan hüquq və azadlıqlarının qorunması, bu hüquqların müdafiəsinıə hesablanır, o halda beynəlxalq aləmin, nüfuzlu təşkilatların, ən əsası insan hüquq və azadlıqlarının qorunması adı altında fəaliyyət göstərən transmilli qeyri-hökumət təşkilatlarının da ölkəmizdə bu sahədə həyata keçirilən islahatları dəstəkləməsi, təqdir etməsi zəruridir. Düzdür, bəzən atılan bu kimi addımlara xoş münasibət, müsbət dəyərləndirmə hiss edirik. Amma bir qayda olaraq Azərbaycana qarşı qərəzli, qısqanc münasibət bəsləyən beynəlxalq təşkilat və qurumlardan hər zaman qeyri-obyektiv münasibət görmüşük. Amma bütün bu qərəzli yanaşmalara baxmayaraq Azərbaycan öz doğru yolunu, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atdığı addımları davam etdirərək bu prosesin ölkəmizdə sistemli xarakter daşıdığını ortaya qoyur. Elə bu günlərdə ölkənin qanunverici orqanında Cinayət Məcəlləsinə edilən yeni dəyişikliklərin də mütləq əksəriyyəti məhz bu məqsədə xidmət edir. Yenio dəyişiklikdə iki məqam xüsusi diqqət çəkir. Birincisi, azyaşlı uşağı olan şəxslər tərəfindən cəza çəkilməsinin təxirə salınması ilə bağlı dəyişiklikdir. Əvvəlki qaydalara əsasən bu cəza 8 yaşına çatmamış şəxslərə (qadınlar və həmin yaşa çatmamış uşağını təkbaşına böyüdən kişilər) şamil olunurdusa, yeni Qanuna əsasən 14 yaşına çatmamış uşağı olanlara da şamil olunacaq. Birmənalı olaraq qeyd edə bilərik ki, yeni dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarına nə dərəcədə xüsusi önəm verildiyini bir daha təsdiqləyir. Qeyd etdiyimiz dəyişiklik isə həm də uşaqların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məsələ ilə bağlı fikirlərini ifadə edən millət vəkili Vüsal Hüseynov deyib ki, sözügedən dəyişikliklərlə sadəcə yaş həddinin qalxması nəzərdə tutulmur: "Belə ki, mövcud qanunda səkkiz yaşına qədər uşağı olan qadınlar, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə münasibətdə uşaq səkkiz yaşına çatanadək cəzanın çəkilməsini təxirə salınması nəzərdə tutulurdusa, indiki layihəyə əsasən bu yaş həddi artıq 14 müəyyən edilir. Bu isə vəziyyətin yüngülləşdirilməsidir. Ümumi olaraq bu dəyişikliklər həm azyaşlı uşağı olan qadınların və ya azyaşlı uşağını təkbaşına böyüdən kişilərin, həm də həmin azyaşlı uşaqların mənafeyini qoruyur. Burda hüquqlarının qorunması gücləndirilən əsasən 8-14 yaşarası uşaqlardır, çünki bildiyiniz kimi indiki redaksiyada yaş həddi 8-dir. Aydındır ki, hər uşaq böyüdüyü müddətdə valideynlərinin maddi və mənəvi dəstəyinə ehtiyac duyur. Yeni Qanun valideynlərin törətdiyi cinayətin onların uşaqlarına mənfi təsirini mümkün olduğu qədər neytrallaşdırmaq üçün belə bir tədbirə əl atır. Təbii ki, burada qadınların və ya azyaşlı uşağını təkbaşına böyüdən kişilərin də mənafeyi qorunur, amma dəyişiklikdə əsas məqsəd uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsidir". Millət vəkili deyib ki, digər bir yüngülləşdirmə isə cəzanın təxirə salındığı müddət ərzində məhkum edilmiş şəxsin törətdiyi cinayətə görə cəza təyin olunması barədədir: "Belə ki, mövcud qanuna görə cəzasının çəkilməsi təxirə salınmış şəxs yeni cinayət törətdikdə şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilirdi. Yəni cəza çəkilməsinin təxirə salınması ləğv edilirdi. Yeni dəyişikliyə əsasən isə şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə məhkəmə cəza çəkilməsinin təxirə salınmasını ləğv etməyə də bilər, yəni saxlaya bilər ki, bu da vəziyyətin yüngülləşdirilməsidir. Təbii ki, buna uyğun olaraq əgər şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və hökmlərin məcmusu üzrə cəza təyin edir. Həmçinin hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasının Cinayət Məcəlləsində mövcud xüsusiyyətləri qeyd edilməlidir. Belə ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün məhkəmə belə təxirə salınmanı tətbiq edə bilməz. Son olaraq isə uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərə bilər".
Füzuli