Milli Şuranın mitinqində terror hazırlayan şəxslərin evindən çıxan silah-sursat məlum olub

Oktyabrın 25-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda - Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə Abşeron rayon prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib.

Abşeron Rayon Prokurorluğundan  verilən məlumata görə, baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd "Makarov" markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbarası, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış "Molotov kokteyli", həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcı, "Molotov kokteyli"nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qab aşkar edilərək müvafiq qaydada qablaşdırılıb, maddi sübut kimi götürülüb.

Faktla bağlı hazırda Abşeron rayon prokurorluğunda araşdırmalar davam etdirilir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31