İstintaq təcridxanasına başçəkmə keçirilib

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, başçəkmə zamanı saxlanılma şəraiti, rəftar məsələləri araşdırılıb. Bu məqsədlə müəssisədə saxlanılan bir çox şəxs fərdi qaydada qəbul edilib və dinləniliblər.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, başçəkmə zamanı saxlanılma şəraiti, rəftar məsələləri araşdırılıb. Bu məqsədlə müəssisədə saxlanılan bir çox şəxs fərdi qaydada qəbul edilib və dinləniliblər. Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyib, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilib. Onlara hüquqları və müvafiq qanunvericiliyin tələbləri izah edilib, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunub, bəzi müraciətlər yerində araşdırılaraq təmin edilib. Başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında saxlanılan şəxs olmayıb.Yekunda istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə saxlanılan şəxslərin hüquqlarının təmini məsələləri və Müvəkkilin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində bu müəssisəyə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası istiqamətində həyata keçirilən işlər üzrə müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31