Nazir Şəmkirdə
Oktyabrın 26 – da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
26 Oktyabr 2017 12:26 SosialOktyabrın 26 - da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Olaylar bildirir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Görüşdə vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilərək onların aradan qaldırılıması, hərtərəfli öyrənilməsi və araşdırılaraq qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb.