DİN jurnalistin ölümü ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda jurnalistin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, oktyabrın 25-də saat 18 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Kamil Mirzəyev idarə etdiyi “Otokar” markalı avtomobillə yolu keçən həmyerlisi Səxavət Məmmədlini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda jurnalistin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, oktyabrın 25-də saat 18 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Kamil Mirzəyev idarə etdiyi "Otokar" markalı avtomobillə yolu keçən həmyerlisi Səxavət Məmmədlini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, qəzada həyatını itirən S. Məmmədli jurnalist olub, "Ədalət", "Təzadlar" və "Həftə içi" qəzetlərində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31