Məktəblilər arasında fotomüsabiqə keçiriləcək
Məktəblilər arasında “Şanlı bayrağım” adlı fotomüsabiqəyə start verilib. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, müsabiqə paytaxt üzrə "Məktəblinin dostu" layihəsinin həyata keçirildiyi 31 ümumi təhsil məktəbini əhatə edir.
26 Oktyabr 2017 12:53 SosialMəktəblilər arasında "Şanlı bayrağım" adlı fotomüsabiqəyə start verilib. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, müsabiqə paytaxt üzrə "Məktəblinin dostu" layihəsinin həyata keçirildiyi 31 ümumi təhsil məktəbini əhatə edir. Müsabiqə "Məktəblinin dostu" layihəsi tərəfindən "ASAN xidmət"lə birgə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd 9 Noyabr-Dövlət Bayrağı Gününü təbliğ etmək, şagirdlərdə bayrağa hörmət və sevgi hissini aşılamaq, həmçinin, onların istedadını üzə çıxarmaq, vətənpərvərlik duyğularını yaradıcı formada ifadə etmələrinə şərait yaratmaqdan ibarətdir.
Qeyd edək ki, müsabiqəyə təqdim olunmuş fotoşəkillərdən ibarət sərgi də təşkil ediləcək. Fotosərgi ölkə üzrə bütün "ASAN xidmət" mərkəzlərində nümayiş olunacaq.