Sosial

Elçin Hüseynbəyli yazır... Ədəbiyyatımızın maralları

2 Noyabr 2017 15:36

Mən ədəbiyyatımızın marallarından yeri düşəndə yazmışam. İndiki yazını isə stolumun üstündəki bir vizit kartı ağlıma saldı. Yadınızdadırsa, ötən dəfə xarici səfərdən qayıdan bir həmkarımız barədə danışmışdım. O, xaricdən qayıtdıqdan sonra otaqları bir-bir gəzib özünü tərifləyir və təriflədiyi adamın dəstəyini qazanmaq üçün çox intimcəsinə və pıçıltıyla bunları deyirdi: “Öz aramızdır, orda (yəni xaricdə) ikicə adamı tanıyırlar: səni və məni...” Özü də bu sözləri deyəndə sinəsinə döyəcləyirdi: “Səni və məni...”

Ov silahları polisə təhvil verilib

2 Noyabr 2017 15:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının Qəbələ bölməsinin əməkdaşları xeyli sayda ov silahını Qəbələ Rayon Polis Şöbəsinə təhvil veriblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, adıçəkilən Nazirliyin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə vaxtaşırı keçirilən reydlər nəticəsində xeyli silah yığılıb. Noyabrın 1-də Şahdağ Milli Parkının Qəbələ bölməsinin əməkdaşları son üç ildə yığılmış ümumilikdə 10 ədəd, o cümlədən - 4 “İJ”, 4 “TOZ” və 2 ədəd “BUM” markalı ov silahlarını müvafiq tədbirlər görülməsi üçün Polis Şöbəsinə təhvil veriblər.

Kembric Universitetində SOCAR-BP əməkdaşlığının 25 illiyi münasibətilə tədbir keçirilib

2 Noyabr 2017 15:29

Kembric Universitetinin Kinq Kollecində SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş böyük tədbir keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbirdə SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri, Kembric Universitetinin professorları və digər rəsmi şəxslər iştirak ediblər.

Binəqədi icra başçısı ASAN könüllülərlə görüşüb

2 Noyabr 2017 15:26

Binəqədi Rayon İcra Hakimiyyətində 24 oktyabr tarixindən etibarən təcrübə keçən 11-ci qrup ASAN könüllüləri ilə görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Aparatın şöbə müdiri Elman Dadaşov və 11-ci qrup ASAN könüllüləri iştirak ediblər. Görüşü açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gəncləri salamladı və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib. Natiq qeyd edib ki, Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.

Qeyri-rəsmi məşğulluqla mübarizədə Türkiyə qurumları ilə təcrübə mübadiləsi aparılıb

2 Noyabr 2017 15:15

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə  yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına üzv qurumların nümayəndələri əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi və qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi üçün qardaş ölkənin Ankara şəhərində səfərdə olublar. Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan işgüzar səfərdə , 8 nəfərdən ibarət  Azərbaycan nümayəndə heyətinə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov edib.

Müsəlman kişilər niyə gec evlənirlər?

2 Noyabr 2017 15:03

Ötən yazılarımızın birində müsəlman ölkələrində nikahla bağlı bəzi məsələlrərə aydınlıq gətirməyə çalışmışdıq. Xüsusən, şəriətdə ər və arvadın hansı hüquqlara malik olmasını izah etməyə çalışmışdıq. Lakin nəzərə aımaq lazımdır ki, müsəlman ölkələrindəki toylar da bir ayrı məsələdir. Hesab edirik ki, müsəlman ölkələridə toyla bağlı bəzi adət-ənənələri diqqətə çatdırmaq maraqlı olardı.

Boşanma hallarına daha çox hansı amil təsir göstərir?

2 Noyabr 2017 14:53

Son illərdə cəmiyyətdə müşahidə edilən sosial prolemlərdən biri də boşanma hallarının artmasıdır. Bəzən elə hallara rast gəlinir ki, hətta illərlə bir yerdə yaşayan cütlük hansısa səbəblərdən boşanma qərarı verir.

Attetasiya məsələsində işçilər arasında niyə fərq qoyulur?

2 Noyabr 2017 14:48

Milli Məclisin son iclasında 19 qanuna dəyişiklik edilərək "Elm haqqında" qanuna uyğunlaşdırıldı. Lakin dəyişikliklərdəki təhsil müəssisələrində çalışanların 5 ildən bir attestasiyasının keçirilməsi və təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəalar fikir ayrılığı yaradıb.

Qaçan məhbus saxlanılarkən yaralanan şəxslə bağlı Səhiyyə Nazirliyindən açıqlama

2 Noyabr 2017 14:19

Səhiyyə Nazirliyi Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri zamanı yaralanan şəxslə bağlı açıqlama verib.

Hava dumanlı olacaq

2 Noyabr 2017 14:13

Noyabrın 3-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.  Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. 

Rafiq Hüseynovun nəşi Azərbaycana yola salınıb

2 Noyabr 2017 14:02

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun nəşi bu gün Almaniyadan Azərbaycana yola salınıb. Bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. 

Bakıda mağazadan telefon oğurlayan qız kameraya düşdü - VİDEO

2 Noyabr 2017 13:57

Bakıda oğurluq hadisəsi olub. Ticarət mərkəzlərinin birində oğurluq hadisəsi qeydə alınıb. Mağazaya gödəkçə almaq üçün gələn naməlum xanım oradan oğurluq edib. 

Jurnalistin atasını vuran sürücünün məhkəməsi olacaq

2 Noyabr 2017 13:50

Keçən il fevralın 14-də Bakıda - “Koroğlu” metrostansiyasının yaxınlığında avtomobil qəzasına düşən və daha sonra bir neçə ay komada qalan mərhum yazıçı-publisist Əli Əliyevi vuran sürücü hələ də azadlıqdadır. Bu barədə Əli Əliyevin oğlu, tanınmış jurnalist İmdad Əlizadə məlumat verib: “Hazırda açılmış cinayət işi əvvəlki kimi Nərimanov rayonu Polis İdarəsində araşdırılır.