Sosial

Huseyn Cavid Sumqayıtda anildı

2 Noyabr 2017 18:31

2 Noyabr tarixində Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Akt zalında  Azərbaycanın görkəmli dramaturqu, mütəfəkkir şairi Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə qonaq qismində Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Kollecin müəllim və tələbə heyəti istirak etmişdi.

Qubada mənşəyi məlum olmayan at əti aşkar olunub

2 Noyabr 2017 17:47

Qubada mənşəyi məlum olmayan at əti aşkar olunub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 2-də daxil olmuş məlumat əsasında nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən Quba rayonu ərazisində Alış Rüstəmovun idarə etdiyi “Qazel” markalı avtomobilə baxış keçirilib.

AzTU tələbələri Gürcüstandan qələbə ilə qayıdıb

2 Noyabr 2017 17:40

Dahi gürcü riyaziyyatçısı Llia Vekuanın şərəfinə “Vekua Programming CUP 2017” proqramlaşdırma olimpiadası keçirilib. “OLAYLAR” -ın xəbərinə görə, Azərbaycan Texniki Universitetini “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının baş müəllimi Vüqar Hüseynlinin rəhbərliyi ilə AzTU-1 və AzTU-2 komandaları təmsil ediblər. Komandaların üzvləri həmin yarışda ilk dəfə iştirak etməklərinə baxmayaraq qarşıya qoyulan problemlərin bir neçəsinin həllini dəqiq yerinə yetirərək sertifikat və hədiyyələr alıblar.

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

2 Noyabr 2017 17:33

“Dilçilik İnstitutu bir aya yeni orfoqrafiya lüğətinin tərtib prinsiplərini hazırlayaraq Orfoqrafiya Komissiyasının müzakirəsinə təqdim etməlidir”. Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O bildirib ki, yeni lüğətinin tərtib prinsipləri Orfoqrafiya Komissiyasında müzakirə olunduqdan sonra təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək:  “Orfoqrafiya lüğətinin tərtib prinsipləri Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra orfoqrafiya lüğəti nəşr edilə bilər”.  Akademik qeyd edib ki, əvvəlki ilə müqayisədə orfoqrafiya lüğətinin tərtib prinsiplərində müəyyən dəyişikliklərin edilməsi gözlənilir.

Mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır

2 Noyabr 2017 17:30

Statistik göstəricilər KİV-in kəmiyyət göstəriciləri ilə bağlı qənaətbəxş mənzərə yaradır. 2017-ci il yanvar ayında olan məlumata görə, Azərbaycanda dövlət qeydiyyatına alınan KİV sayı 5100-ü ötüb. Ölkəmizdə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir.

Şəhid anası övladının oxuduğu universitetdə

2 Noyabr 2017 17:26

Azərbaycan Texniki Universitetinin (AzTU) Şəhid məzunu Əliyev Elşad Hacıbaba oğlunun valideyni Flora Əliyeva oğlunu yad etmək üçün universitetə gəlib. “OLAYTLAR” -a Təhsil Ocağından bildirilib ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) AzTU-nun məzunu olmuş Milli Qəhrəmanlar və Şəhidlər Muzeyinin açılış mərasimi ilə bağlı gedən video və foto materiallarda oğlunun adını görən Flora Əliyeva əvvəlcə universitetin həyətindəki abidə kompleksi önünə gül dəstələri qoyub. Şəhid anası daha sonra muzeylə tanış olub.

Dini Komitədə müşavirə keçirilib

2 Noyabr 2017 17:24

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər. “OLAYLAR”-ın xəbərinə görə,  müşavirəni giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu deyib. Səyyad Salahlı gündəlikdəki məsələlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verərək qeyd edib ki, dini durumun tənzimlənməsi baxımından bu cür müşavirələr xüsusi əhəmiyyət kəsb edir.

Qanunsuz ovla məşğul olan 35 nəfər saxlanılıb

2 Noyabr 2017 17:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

İngilis dilində ilin ən populyar söz hansıdır?

2 Noyabr 2017 16:58

Böyük Britaniyada bir qrup linqvist 2017-ci ilin ən populyar sözünü müəyyən edib. Məlumata görə, bu “fake news” – “saxta xəbər” ifadəsi olub.

"Hər 3-4 ildən bir bu xəstəliyin artımı müşahidə edilir"

2 Noyabr 2017 16:39

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə suçiçəyi xəstəliyi ilə bağlı mövcud vəziyyəti dəyərləndirib. RGEM-in direktor müavini Afaq Əliyeva deyib ki, yay aylarında bu xəstəliyə yoluxanların sayı azalmağa doğru dəyişib.

Barama FinTech Hackathon müsabiqəsinin 3 qalibi

2 Noyabr 2017 16:19

Azercell Telekom və PAŞA Bank-ın dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli Barama FinTech Hackathon 2017 Mobile App layihəsi böyük həyəcanla başa çatdı. Xatırladaq ki, artıq ölkəmizdə dördüncü dəfə təşkil olunan Barama FinTech Hackathon 2017Mobile App layihəsi  mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır.

AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib

2 Noyabr 2017 15:57

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən noyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. AMEA-nın Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, beynəlxalq elmi konfransın təşkilatçıları Tarix İnstitutu, “Azərbaycan Tarix Qurumu” və “Azərbaycan Tarixçiləri” ictimai birlikləridir.

Nəsillərə örnək olan ziyalı: Nadir Balakişiyev

2 Noyabr 2017 15:42

Son bir ayda az qala hər gün vərəqlədiyim bu  kitab qayğıların başdan aşdığı, informasiyaların yaz yağışı kimi üstümüzə  töküldüyü bir vaxtda elə bil ki, könlümə və ruhuma bir dinclik gətirməkdə idi. Həyatı tutumuyla ülvü  hissləri yaşadan şeirlər təkcə insanlara şəfa bəxş edən bir həkimin yox, həm də kövrək qəlbli bir şairin ürəyinin sədası idi. Yeri gəlmişkən deyim ki, üzünü belə görmədiyim bu həkim xanım bəlkə də taleyini ədəbiyyatla, şeirə bağlasaydı heç şübhəsiz ki, bu sahədə  tanınmışlarından biri ola bilərdi…Digər tərəfdən əyani tanımadığım bu müəllifi, həm də qiyabi olaraq tanımışdım. Təqribən 25-28 il əvvəl Nadir müəllim evin sonbeşiyi olan Nailə haqqında, ailənin həkimlik estafetinə sadiqlik edən, çığal və hazırcavab qızı haqqında söhbətləri qismən də olsa yadımda idi.