Sosial

Çin dilində  “Azərbaycanın regional arenada rolu: həqiqətlər və perspektivlər” kitabı işıq üzü görüb

2 Noyabr 2017 13:19

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin çin dilində yeni nəşri – “Azərbaycanın regional arenada rolu: həqiqətlər və perspektivlər” adlı kitabı çapdan çıxıb. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, kitab SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin aparıcı elmi işçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru Rəşad Kərimov və Çin Sosial Elmlər Akademiyasının Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Yan Cin tərəfindən tərtib və tərcümə edilib.

Əbülfəs Qarayev Türkiyəyə səfər edib

2 Noyabr 2017 13:16

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-3 noyabr 2017-ci il tarixində Ankara şəhərində keçirilən 3-cü Milli Turizm Sammitində iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. “OLAYLAR”-ın xəbərinə görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan Sammitdə turizm sektoru üzrə dünyanın müxtəlif ictimai institutları, müəssisə, birlik, şirkət və qeyri-hökumət təşkilatları nümayəndələri təmsil olunur. Tədbirin açılış mərasimində Rəcəb Tayyib Ərdoğan Türkiyə iqtisadiyyatında turizmin əhəmiyyəti və turizm sahəsində mövcud qlobal çağırışlar barədə çıxış edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müsabiqə elan edir

2 Noyabr 2017 13:13

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Çağırır vətən” adlı yazı müsabiqəsi elan edir.

Baş Prokurorluq və DİN "Qoca" ləqəbli Etibar Məmmədovun zərərsizləşdirilməsi barədə məlumat yayıb

2 Noyabr 2017 12:58

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir: "2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə məlumat daxil olub.

ETSN: Bir neçə avtomobil yolunda sürüşmələr aktivləşib, yeni sürüşmə sahələri yaranıb

2 Noyabr 2017 12:47

Oktyabrda respublikada ekzogen – geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov atmosfer yağıntıları və texnogen amillərin təsirindən Zığ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub.

Bağlı qapı arxasında meyit tapılıb

2 Noyabr 2017 12:38

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.“Olaylar” nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açaraq mənzildə gərgin psixoloji vəziyyətdə olan vətəndaşı və 1941-ci il təvəllüdlü Roman Aleksandr Zelikoviçin cəsədini aşkarlayıblar. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılırlar 

2 Noyabr 2017 12:34

Paytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərin fəsadları ilə bağlı şagirdlərin maarifləndirilməsi işi 2017-2018-ci tədris ilində də davam etdirilir. “OLAYLAR”-ın xəbərinə görə,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Narkomaniya gəncliyimiz üçün böyük təhlükədir”, ”Siqaret sağlamlığa ziyandır” və digər mövzularda maarifləndirici tədbir, “Dəyirmi masa”, konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur. 

Sumqayıt xəstəxanalarının baş həkimlərinə SƏRT CƏZALAR VERİLDİ - TƏFSİLAT

2 Noyabr 2017 12:30

Sumqayıtda bir sıra xəstəxanaların baş həkimlərinə töhmət verilib. Məlumata görə, Sumqayıtın 1 nömrəli Şəhər xəstəxanasının baş həkimi Nazim Hüseynquliyevə, Sumqayıt şəhər 3 nömrəli poliklinikanın baş həkimi Ariz Axundova və Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyevə töhmət, Sumqayıt şəhər akademik U.Musabəyli adına Rayonlararası Göz Xəstəxanasının baş həkimi İradə Əliyeva və şəhərdə fəaliyyət göstərən qadın məsləhətxanalarının baş həkimlərinə isə şiddətli töhmət verilib.

Bu il əlilliyi olan şəxslər 25,8 min reabilitasiya vasitəsi ilə təmin edilib

2 Noyabr 2017 12:20

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 10 967 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin insanlardan 1 334 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib.

Göygöldə ikimərtəbəli villa yanıb

2 Noyabr 2017 12:18

Göygöl rayonunda 6 otaqlı villa yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, tayonun Sarısu kəndində ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində dam örtüyünün, aynabəndin və 3 otağın yanar konstruksiyaları 70 m2 sahədə və yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

""Metsamor" Ermənistana elektrik enerjisi üçün deyil, atom mənbəyi kimi lazımdır"

2 Noyabr 2017 12:05

"Metsamor" Atom Elektrik Stansiyası (AES) Ermənistana elektrik enerjisi üçün deyil, yalnız strateji məqsəd, atom mənbəyi obyekti kimi lazımdır! Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.

Fədayə Laçının “Qoca” ilə növbəti VİDEOsu yayıldı

2 Noyabr 2017 11:46

Müğənni Fədayə Laçının sevgilisi, "Qoca" ləqəbli Etibar Məmmədovla görüntüləri əks olunan növbəti videosu yayılıb. Həmin videogörüntünü təqdim edirik.

9 noyabr kampaniyasına start verilib

2 Noyabr 2017 11:24

"ASAN Könüllüləri" Təşkilatı və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının birgə təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə  #9noyabr həştəq kampaniyasına start verilib.