Məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılırlar
Paytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərin fəsadları ilə bağlı şagirdlərin maarifləndirilməsi işi 2017-2018-ci tədris ilində də davam etdirilir. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Narkomaniya gəncliyimiz üçün böyük təhlükədir”, ”Siqaret sağlamlığa ziyandır” və digər mövzularda maarifləndirici tədbir, “Dəyirmi masa”, konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur.
2 Noyabr 2017 12:34 SosialPaytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərin fəsadları ilə bağlı şagirdlərin maarifləndirilməsi işi 2017-2018-ci tədris ilində də davam etdirilir. "OLAYLAR"-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində "Narkomaniya bəşəriyyətin bəlasıdır", "Narkomaniya gəncliyimiz üçün böyük təhlükədir", "Siqaret sağlamlığa ziyandır" və digər mövzularda maarifləndirici tədbir, "Dəyirmi masa", konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur. Tədbirlərdə şagirdlər, müəllimlər, valideynlər, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.