Çin dilində  “Azərbaycanın regional arenada rolu: həqiqətlər və perspektivlər” kitabı işıq üzü görüb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin çin dilində yeni nəşri – “Azərbaycanın regional arenada rolu: həqiqətlər və perspektivlər” adlı kitabı çapdan çıxıb. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, kitab SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin aparıcı elmi işçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru Rəşad Kərimov və Çin Sosial Elmlər Akademiyasının Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Yan Cin tərəfindən tərtib və tərcümə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin çin dilində yeni nəşri - "Azərbaycanın regional arenada rolu: həqiqətlər və perspektivlər" adlı kitabı çapdan çıxıb. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, kitab SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin aparıcı elmi işçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru Rəşad Kərimov və Çin Sosial Elmlər Akademiyasının Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Yan Cin tərəfindən tərtib və tərcümə edilib.

Kitabda 2016-cı ilin oktyabrın 16-da SAM-ın təşkilatçılığı ilə "Azərbaycanın regional arenada rolu: həqiqətlər və perspektivlər" mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfrasda səsləndirilmiş çıxış və məruzələr toplanmışdır. Eyni zamanda, SAM-ın direktoru Fərhad Məmmədovun müəllifi olduğu "Azərbaycanın geosiyasi identikliyi" adlı analitik yazısı və SAM-ın aparıcı elmi işçisi Azad Qəribovun məllifi olduğu "Cənubi Qafqaz regional təhlükəsizlik kompleksində müttəfiqlik və alyans siyasəti" adlı SAM-ın Şərhləri xüsusi buraxılışı çin dilinə tərcümə edilərək kitabda yer alıb. Kitabın əsas məqsədi Çin ekspert ictimaiyyətinə Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdən, region ölkələrinin seçdiyi xarici siyasət prioritetlərindən, münaqişələrdən və xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında çin dilində dolğun məlumat verməkdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31