Sosial

Mətbuat Şurası 9 KİV-in adının “qara siyahı”ya salınması dair rəy çıxarıb - SİYAHI

8 Noyabr 2017 17:55

Mətbuat Şurasının (MŞ) “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, iclasda çıxış edən MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Şuranın “qara siyahı”sına daxil edilmiş informasiya vasitələri yenidən xoşagəlməz fəaliyyətlərini davam etdirib. Şura sədri deyib ki, bu cür mənfi tendensiyalar ciddi hüquqi ölçü tədbiri götürülməsini zəruriləşdirir. “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, rəhbərlik etdiyi komissiyaya Şuranın Şikayətlər üzrə Komissiyası tərəfindən təqdim edilmiş 9 rəydə 9 KİV-in adının “qara siyahı”ya salınması nəzərdə tutulub.

Milli Məclisin iclasının vaxtı dəyişdirilib

8 Noyabr 2017 17:45

Milli Məclisin noyabrın 14-də keçirilməsi nəzərdə tutulan iclasının vaxtı dəyişdirilib. MM-dən  verilən məlumata görə, iclas noyabrın 17-də keçiriləcək. İclasın vaxtı dəyişdirilsə də, gündəlikdə dəyişiklik olmayıb.

Cəmiyyətimizin ayrı-ayrı siyasi qurumların mövqe və baxışlarına göstərdiyi münasibət plüralizmin nümunəsidir

8 Noyabr 2017 17:01

Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra onun qarşısında bir sıra mühüm, o dövr üçün həyati vacib olan məsələlər,  həmin məsələləri həll etmək dayanırdı. Ölkəni iqtisadi baxımdan dirçəltmək, inkişaf etdirməklə yanaşı. Siyasi aspektdə də məqsədyönlü islahatlar, tədbirlər həyata keçirib onu tanıtmaq, dünyaya sübut etdirmək lazım idi. Amma kifayət qədər çətin və böhranlı vəziyyətin mövcud olması bu prosesi əngəlləyirdi.

Bakı-Sumqayıt şosesində tıxacın aradan qaldırılmas ı üçün metrobus xətti yaradıla bilər

8 Noyabr 2017 16:39

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı-Sumqayıt şosesində tıxac probleminin həll olunması istiqamətində bir neçə qurumla, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC ilə sıx əməkdaşlıq edir. Bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, əsas məqsəd sərnişin axınını ictimai nəqliyyata yönəltməkdir. “Tam təsdiq olunmasa da, gələcək planlarımızdan biri Bakı və Sumqayıt arasında metrobus xəttinin açılışıdır. Bildiyimiz kimi, metrobus xətti elə bir xətdir ki, bura başqa nəqliyyat vasitəsi daxil ola bilmir”, - deyə baş direktor vurğulayıb.

Vəkillər Kollegiyası nümayəndəlik fəaliyyətindəki dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı məlumat yayıb

8 Noyabr 2017 16:34

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Milli Məclisdə məhkəmələrdə nümayəndəlik institutunun təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin qəbulu ilə bağlı məlumat yayıb. Vəkillər Kollegiyasından  daxil olan məlumatda bildirilib ki, qeyd olunan dəyişikliklərin ictimaiyyət arasında geniş müzakirəyə səbəb olmasını nəzərə alaraq, Vəkillər Kollegiyası aşağıdakıları diqqətə çatdırır: “Adı çəkilən əlavə və dəyişikliklər ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının davamıdır və öz mahiyyəti etibarilə hüquqi yardım institutunun yeni mərhələyə qədəm qoymasını təmin etməyə yönəlib. Bu dəyişikliklər ölkəmizdə əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək.

“QHT-nin maliyyə mənbələri” mövzusunda tədbir keçirilib 

8 Noyabr 2017 16:30

Qəbələdə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB ilə MG Consulting arasında birgə əməkdaşlıq çərçivəsində “QHT-nin maliyyə mənbələri” mövzusunda məlumat sessiyası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Qəbələ, Oğuz və Şəkidən QHT nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən İB-in sədr müavini Anar Məhərrəmov tədbir iştirakçılarına təlimin mövzusu, proqramı haqqında məlumat verərək deyib ki, belə təlimlərin təşkilinin QHT–lərin uğurlu fəaliyyəti istiqamətində əhəmiyyəti böyükdür. O təlimlərin təşkilinin ümumilikdə QHT sektorunun inkişafına da müsbət təsir etdiyini dilə gətirib.

Təhsil müəssisələrində Dövlət Bayrağı Günü qeyd olunub

8 Noyabr 2017 16:29

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, təhsil müəssisələrində məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan konfranslar, ədəbi-bədii gecə, mühazirə və disputlar, “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil müəssisələrində dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, idman yarışları  keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.  

Dövlət büdcəsi plenar iclasa tövsiyyə edildi

8 Noyabr 2017 16:21

Azərbaycanın 2018-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisin əksər komitələri tərəfindən plenar iclasa tövsiyə olunub. “Olaylar” xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, İctimai birliklər və dini qurumlar komit'si, Aqrar siyasət komitəsi, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, Əmək və sosial siyasət komitəsi, Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, Elm və təhsil komitəsi və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iki günlük birgə müzakirələrindən sonra sənəd yekdilliklə plenar iclasa tövsiyə olunub.

Səkkiz dil bilən azərbaycanlı akademik vəfat etdi

8 Noyabr 2017 16:12

Səkkiz dildə yazıb, oxuyub və danışan azərbaycanlı akademik vəfat edib. Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti, Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik Eyyub Bəşirov 91 yaşında dünyasını dəyişib.

Hindistan paytaxtında havanın çirkliliyi üzündən məktəblər bağlanıb

8 Noyabr 2017 16:11

Hindistanın Dehli şəhərinin hakimiyyət orqanları havanın çirklilik səviyyəsinin təhlükəli həddə çatması səbəbindən məktəblərin qismən bağlanması barədə göstəriş verib. “Interfaks” xəbər verir ki, şəhərin orta və aşağı sinif məktəblərində məşğələlər tamamilə dayandırılıb, yuxarı sinif məktəblərində isə dərslər qısaldılmış qrafiklə keçirilir. Şəhər rəhbərliyi havadakı çirklilik səviyyəsinin yüksələcəyi təqdirdə meqapolisdə benzin və dizel yanacağı ilə işləyən avtomobillərdən istifadəni məhdudlaşdırmaq niyyətindədir.

Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı – 19 milyon avroya

8 Noyabr 2017 16:07

Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov Türkiyədəki yaxtasını satışa çıxardıb. Məlumata görə, atasının işdən çıxarılmasından sonra iş adamı təkcə Azərbaycandakı deyil, xaricdəki mülklərini də satışa çıxardıb. Belə ki, A.Məmmədov Türkiyədəki "Only One” adlı yaxtasını nə az, nə çox düz 19 milyon avroya satışa qoyub.

“İspaniyada Azərbaycan dili və mədəniyyət mərkəzi yaradıla bilər” – səfir İqnasio Sançez

8 Noyabr 2017 15:53

Noyabrın 8-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə görüşüb. Olaylar.az bildirir ki, ADU-da ispan dili, tarixi və mədəniyyətinin öyrənildiyini deyən rektor diplomatı tələbələrlə görüşə dəvət edib. K.Abdulla əlavə edib ki, diplomat “Səfir saatı”nda istədiyi mövzuda mühazirə deyə bilər. O, qeyd edib ki, ADU tələbələri ispan dili və ədəbiyyatını çox sevir və universitetdə fəaliyyət göstərən İspan dili mərkəzi bu istiqamətdə çox iş görür: “Biz də sizdən İspaniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasında bizə dəstək olmağınızı xahiş edirik”. K.Abdulla ADU-nun İspaniya tərəfindən yalnız auditoriya ayrılması və fənnin dərs proqramına salınmasını gözlədiyini deyib.

Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25 illiyi ilə bağlı konfrans keçirilib

8 Noyabr 2017 15:50

Noyabrın 8-də UNEC-də Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi və UNECin birgə təşkilatçılğı ilə keçirilən konfransda Türkiyənin ölkəmizdə fəaliyyət göstərən ictimai və elmi qurumlarının nümayəndələri, iş adamları iştirak edib.

Azertelecom şirkəti ilə Facebook korporasiyası arasında müqavilə imzalanıb

8 Noyabr 2017 15:50

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru “Azertelecom” MMC ilə Facebook korporasiyası arasında Facebook şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin “Azertelecom” MMC-nin Data mərkəzində yerləşdirilməsi barədəmüqavilə imzalanıb.