Sosial

İntihar etmək üçün 5-ci mərtəbəyə çıxdı... - Bakıda

9 Noyabr 2017 07:58

Bakıda intihara cəhdin qarşısı alınıb. Bakının Xətai rayonunda 1 nəfər intihar məqsədilə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanına çıxıb.

Salyanda "Mercedes" kanala düşdü

9 Noyabr 2017 07:49

Salyanda avtomobil su kanalına düşüb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Salyan rayonunun Çuxanlı kəndində "Mercedes" markalı minik avtomobili su kanalına düşüb. Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

İndoneziya səfiri Bilik Fondunda

8 Noyabr 2017 21:38

İndoneziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Husnan Bey Fanani Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Olaylar.az bildirir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib. İcraçı direktor rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi, maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdən danışaraq, xüsusən Fondun xarici əlaqələrindən söz açıb.

Mingəçevirdə mənzildə kişi meyiti tapıldı

8 Noyabr 2017 21:33

Mingəçevirdə mənzildə 59 yaşlı kişi meyiti tapılıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bayraq Gününə həsr olunan müsabiqəyə yekun vuruldu

8 Noyabr 2017 21:21

Bilik Fondunun "Gənc jurnalistlər" Klubunun üzvləri arasında 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə başlayan esse müsabiqəsinə yekun vurulub. Olaylar.az bildirir ki, Bilik Fondunda keçirilən mükafatlandırma mərasimini giriş sözü ilə açan Fondun icraçı direktoru Oktay Səmədov Dövlət Bayrağı Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, gəncləri üçrəngli Azərbaycan bayrağını daim uca tutmağa çağırıb.

WhatsApp-dan bu formada çıxmayın, əks təqdirdə mesajlarınız gecikəcək

8 Noyabr 2017 19:09

İOS 11 yenilənməsi təqdim olunduqdan sonra iPhone-larda WhatsApp-la bağlı bildiriş problemləri yaranıb. Smartfonlarda WhatsApp-dan ekranı sürüşdürərək çıxdıqda hər hansı mesaj gəldikdə bu barədə bildiriş gəlmir və ya gecikir. Əgər mesajların gecikməsini istəmirsinizsə, WhatsApp proqramını bağlamayın. 

Azərbaycanda 5 yaşlı qızın ürəyinə iynə batdı

8 Noyabr 2017 18:40

Bakıda 5 yaşlı qızın ürəyinə iynə batıb. Hadisə uşaq öz dostları ilə oynayarkən baş verib. Belə ki, uşaqlardan birinin əlindəki şprits qızın ürək nahiyəsinə batıb. Şpritsin plastmas tərəfi qırılıb və iynə körpənin daxilinə doğru nüfuz etməyə başlayıb.  Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən uşağı cərrah Gündüz Ağayev müayinə edib. 5 yaşlı qızın ürəyində sağ mədəciyin divarında ürəklə birgə pulsasiya edən iynə aşkar olunub və ürəyin yad cismi diaqnozu qoyulub.

Nazirlik: 2300 nəfər müvəqqəti işlə təmin olunub

8 Noyabr 2017 18:03

Son günlər bəzi media qurumlarında ölkədə özəl, kommersiya əsaslı əmək birjalarının yaradılmasının işədüzəltmə prosesində əlavə imkanların formalaşmasına səbəb ola biləcəyi barədə fikirlər səslənir.