Sosial

Rusiya Azərbaycandan 52 ton meyvə-tərəvəzin idxalını qadağan etdi

9 Noyabr 2017 14:40

Rusiya-Azərbaycan dövlət sərhədinin “Yaraq-Qazmalar” avtomobil keçid məntəqəsində qonşu ölkənin kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət dövlət qurumu olan “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinin əməkdaşları 52,5 ton meyvə və tərəvəzin Azərbaycandan daxil olmasına icazə verməyiblər.

Sabiq polis rəisi əməliyyatdan sonra öldü

9 Noyabr 2017 12:30

Sabiq polis rəisi əməliyyatdan sonra vəfat edib. Uzun müddət daxili işlər orqanlarında çalışmış Mətləb Rzayev vəfat edib. Cəlilabad, İsmayıllı, Bərdə, Dəvəçi və digər rayonların polis şöbələrinin rəisi vəzifəsini tutmuş Mətləb Rzayev ürək əməliyyatından sonra dünyasını dəyişib.

Dövlət Bayrağı Günü qeyd olundu

9 Noyabr 2017 12:22

Azərbaycan Dillər Universitetində 9 Noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə tədbirlər keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müstəqilliyimizin əsas atributlarından olan bayrağımız haqqında ümumi məlumat verilib. Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla 9 Noyabr-Dövlət Bayrağı Gününü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisə kimi xarakterizə edib.  “Üçrəngli bayrağınla məsud yaşa”-deyən rektor K.Abdulla qeyd edib ki, biz müstəqillik yolunda daha gözəl gələcəyi fəth edəcəyik.