Sosial
Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dindirilməsi üçün yenidən Baş Prokurorluğa çağırılıb. E.Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı barədə başlanmış cinayət işi üzrə dindirilməsi üçün istintaqa çağrılıb. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təstiqləyib.
Bakıda ağır qəza: 2 polis öldü
Bu gün saat 07 radələrində Bakıda dəhşətli yol qəzası baş verib. Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 23 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.
Boşanan ailələrdə uşaq kiminlə yaşamalıdır?
Azərbaycanda Ailə Məcəlləsinə dəyişiklik edilməsi gözlənilir. Qeyd edək ki, sözügedən sənədə olunan dəyişikliklərdən biri boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlıdır. Dəyişikliyə görə isə bundan sonra məhkəmə həm də uşaq həmin valideynin yanında deyildirsə, onun digər valideyndən alınıb, yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməlidir. Məcəlləyə təklif edilən digər dəyişikliyə görə, məhkəmənin qətnaməsi qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Erməni dilçiliyinin saxta bünövrəsini darmadağın edən əsər
İllər keçdikcə zaman-zaman xristian həmrəyliyinindən istifadə edərək böyük dövlətlərin kölgəsində yaşamaqda davam edən "erməni" dediyimiz hayların saxta tarixinə həsr edilmiş “mənbələr”in əsl mahihəti üzə çıxır.
"Faytonçu" Nazimi əməliyyat edən həkimlə bağlı məhkəmə QƏRAR VERDİ
“Elmed” klinikasının cərrahı Elman Əzimovun əmlakının üzərinə qoyulmuş həbslə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara görə, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərarda ləğv edilib.
Gənclər maddi – mədəni irsimizin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı maarifləndirilirlər
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” adlı layihə uğurla icra edilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakının Binəqədi, Bərdə və Göyçay rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” layihə çərçivəsində gənclərin iştirakı ilə seminarlar keçirilib.
Dövlət Komitəsi: "Dində olan parçalanmalar cəmiyyətin də parçalanmasına səbəb olur"
"Whatsapp"a qoşulanlar, saxtakarlıq var, diqqətli olun!
Jurnalistlər Bayraq Günündə Quba, Qusar və Xaçmazda oldular
Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə qurumun 20 üzvü Bayraq günü ilə bağlı Quba, Qusar və Xaçmazda olub. “Olaylar” xəbər verir ki, jurnalistlər öncə Quba məzarlığını ziyarət ediblər. Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı QubaMəzarlığı Müzeyində xatirə kitabına ürək sözlərini yazıb.
“İƏT Gənclər və İdman Nazirləri Konfransı 4-cü Sessiyası” Bakıda keçiriləcək
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri (GİN) Konfransının 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan 4-cü Sessiyası ilə bağlı, Bakı şəhərində ilk hazırlıq iclası baş tutub. “OLAYLAR”-a daxil olan məlumata görə, iclasda tədbirə ev sahibliyi edəcək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İƏT GİN nazirləri Konfransının katibliyi səlahiyyətlərini icra edən Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumunun müvafiq struktur rəhbərləri iştirak ediblər.
"ASAN xidmət"in nümayəndə heyəti Mərakeşdə
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığının paytaxtı Rabat şəhərində səfərdədir. Olaylar.az bildirir ki, səfərin məqsədi iki ölkə arasında dövlət xidmətlərinin təşkili və sosial innovasiyalar üzrə fəaliyyət göstərən dövlət qurumları ilə tərəfdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsidi. Səfərin ilk günü Dövlət Agentliyinin sədri İnam Kərimov Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader ilə görüşüb.
Azərbaycanlı astroloqdan "Dünyanın sonu" AÇIQLAMASI
Son günlərdə daha bir öncəgörən-ekstrasens özünün səs-küylü açıqlaması ilə dünyanı təşvişə salıb. Bir neçə gün əvvəl hindistanlı Babu Kalayil adlı öncəgörən tezliklə güclü yeraltı təkanların olacağını və 11 ölkənin dəhşətli dağıntılara məruz qalacağını bildirib. Bu ölkələrə Yaponiya, Çin də aid edilir.














