Sosial

Temperatur enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

20 Noyabr 2017 13:13

Noyabrın 22-si gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, axşam yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Bakıda zavodda partlayış olub, ölən və xəsarət alan var

20 Noyabr 2017 12:59

Bakıda zavodda partlayış olub. Partlayış bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.

Qazaxda faciəvi şəkildə həlak olan 5 bacının tək qardaşı

20 Noyabr 2017 12:49

5 bacıdan sonra doğulmuşdu Allahverdi. 24 yaşı var idi. Bu gün dəhşətli bir qəzanın qurbanı oldu. Hadisə səhər saatlarında Qazax rayonunda baş verib. Qazax şəhəri istiqamətində hərəkət edən "Opel" markalı maşında 3 nəfərdən biri də 1993 təvəllüdlü Abayev Allahverdi Yasin oğlu idi.

Əflatun Amaşov Hindistanda Dünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında iştirak edib

20 Noyabr 2017 12:35

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Dünya Mətbuat Şuraları Assosiasiyasının Hindistanda keçirilmiş illik toplantısında iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, toplantıda öncə təşkilata üzv ölkələrin ötən müddətdə gördükləri işlərə dair hesabatı dinlənilib.

İƏT-ə üzv ölkələrin vasitəçilik səyləri müzakirə olunacaq

20 Noyabr 2017 12:16

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə İƏT-ə üzv dövlətlərin vasitəçilik səyləri mövzusunda konfrans keçiriləcək.

Leyla Şıxlinskaya işçilərinin klinikaya vurduğu ziyanın ödənilməsini tələb edir

20 Noyabr 2017 11:21

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

TUMİB 17 yaşını qeyd etdi

20 Noyabr 2017 11:13

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Bakıda 17 noyabr – Milli Dirçəliş Günü və təşkilatın yaranmasının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirib. “OLAYLAR” xəbər verir ki, “Böyük tələbə layihəsi”nin 25-ci ildönümünə həsr edilmiş tədbirdə millət vəkilləri, Azərbaycan və Türkiyədən olan iş adamları, müxtəlif illərdə Türkiyədə təhsil almış və məzun olmuş şəxslər, aprel döyüşlərinin iştirakçıları, hər iki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, QHT və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Kəlbəcərli seçicilərin qəbulu keçirilib

20 Noyabr 2017 11:12

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə Millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir.

Diaspora Komitəsi Brüsseldə forum keçirir

20 Noyabr 2017 11:09

Bu gün Belçikanın paytaxtı Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum keçiriləcək. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, DİDK-in təşkilatçılığı ilə baş tutacaq forumda bir çox ölkələrin parlament üzvləri, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış ekspertlər iştirak edəcək.

Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi davam etdirilir  

20 Noyabr 2017 11:07

Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən dərhal yenidənqurma işlərinə start verilib.

"Bizim üçün Qarabağ qədər, Türkmən dağı da dəyərlidir”  

20 Noyabr 2017 11:06

Bu günlərdə Türkiyənin Hatay rayonunun Yayladağı qəsəbəsində Suriyanın Bayırbucaq bölgəsindən zorla çıxarılan Bayırbucaq Türkmənləri bir araya gələrək Bayırbucaq Yüksək Kurulu elan edib və Husam Can Sahyuni Turanı özlərinə başqan seçiblər.