Diaspora Komitəsi Brüsseldə forum keçirir
Bu gün Belçikanın paytaxtı Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum keçiriləcək. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, DİDK-in təşkilatçılığı ilə baş tutacaq forumda bir çox ölkələrin parlament üzvləri, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış ekspertlər iştirak edəcək.
20 Noyabr 2017 11:09 SosialBu gün Belçikanın paytaxtı Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum keçiriləcək. "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, DİDK-in təşkilatçılığı ilə baş tutacaq forumda bir çox ölkələrin parlament üzvləri, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış ekspertlər iştirak edəcək. Forumda müasir dövrdə regional və qlobal səviyyədə dövlətlərin ərazi bütövlüyünün pozulması halları, separatizmin nəticəsi olaraq meydana çıxan münaqişələr və separatizm meyllərinin qarşısının alınması yolları müzakirə ediləcək.