İƏT-ə üzv ölkələrin vasitəçilik səyləri müzakirə olunacaq
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə İƏT-ə üzv dövlətlərin vasitəçilik səyləri mövzusunda konfrans keçiriləcək.
20 Noyabr 2017 12:16 Sosialİslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə İƏT-ə üzv dövlətlərin vasitəçilik səyləri mövzusunda konfrans keçiriləcək. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, sözügedən konfransında çıxış etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva İstanbula səfər edəcək. SAM-ın direktor müavini G. Paşayevanın konfransda "İƏT-in rolunun vasitəçilik prosesində gücləndirilməsi: ibrət dərsləri və gələcək perspektivlər" mövzusunda çıxışı nəzərdə tutulur.
İƏT - ə üzv ölkələrin hökumət nümayəndələrinin, regional və beynəlxalq təşkilatların, eləcə də akademik sferadan olan təmsilçilərin iştirakı ilə keçiriləcək konfransda müxtəlif normativ aspektlər və praktiki məsələlər üzrə intellektual mübadilənin təkmilləşdirilməsi vasitəsilə təşkilata üzv olan ölkələr arasında vasitəçilik səylərinə dair məlumat bazasının gücləndirilməsi, üzv dövlətlərin üzləşdiyi münaqişələr və onların humanitar aspektlərinin müzakirəsi nəzərdə tutulur.