Əflatun Amaşov Hindistanda Dünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında iştirak edib
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Dünya Mətbuat Şuraları Assosiasiyasının Hindistanda keçirilmiş illik toplantısında iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, toplantıda öncə təşkilata üzv ölkələrin ötən müddətdə gördükləri işlərə dair hesabatı dinlənilib.
20 Noyabr 2017 12:35 SosialAzərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Dünya Mətbuat Şuraları Assosiasiyasının Hindistanda keçirilmiş illik toplantısında iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, toplantıda öncə təşkilata üzv ölkələrin ötən müddətdə gördükləri işlərə dair hesabatı dinlənilib. Ə.Amaşov çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, başlıca missiyası cəmiyyətin müxtəlif təbəqələrinin kütləvi informasiya vasitələrindən şikayətlərinin araşdırılması, qərar və rəylərin çıxarılması olan Azərbaycan Mətbuat Şurasının tədbirləri ictimai qınağa əsaslanır. Bu, medianın özünütənzimləməsinin mahiyyətindən irəli gələn missiyadır və kifayət qədər effektiv nəticələr verir.Şura sədri həmçinin vurğulayıb ki, media məkanı dinamikdir, mətbuat şuraları artan tələbatları qarşılamaq, o cümlədən söz və ifadə azadlığı ilə bağlı tendensiyaları daim diqqətdə saxlamaq üçün özlərinin ənənəvi iş prinsiplərini təkmilləşdirməlidirlər. Oxşar mövzu illik toplantı çərçivəsində keçirilmiş "Dünyada qlobal dəyişikliklər və medianın məsuliyyəti" mövzusundakı "dəyirmi masa"da da müzakirə olunub. "Dəyirmi masa"da eyni zamanda müxtəlif siyasi proseslərin mediaya təsiri, peşəkarlıqla bağlı yeni standartlar da müzakirə mövzusuna çevrilib. Ə.Amaşov toplantıdakı çıxışında Azərbaycan mediasının vəziyyəti barədə məlumat verib, dünyada ikili standartların mövcudluğu şəraitində medianın ümummilli maraqlara yanaşması ilə bağlı məsələlərdən söz açıb.
Ə.Amaşov həmçinin Hindistanda Milli Mətbuat Günü ilə əlaqədar təşkil olnunan bayram tədbirinə də qatilib. Hindistan jurnalistlərini azərbaycanlı həmkarları adından təbrik edən MŞ sədri Hindistandakı eyni adlı qurumun rəhbərinə simvolik hədiyyə kimi hind tacirlərinin Bakıda tikdirdikləri Atəşgah məbədinin maketini təqdim edib.