Əli Mirəliyevin ölüm xəbəri yayılıb - Atasının yanında dəfn ediləcək
20 Noyabr 2017 11:18 SosialBu gün sosial şəbəkələrdə müğənni Əli Mirəliyevin ölüm xəbəri yayılıb.
Metbuat.az-a açıqlama verən müğənni ölüm xəbərindən danışıb.
"Deyirlər ki, rəhmətə getmişəm. Bəzi saytlar pul qazanmaq üçün ayda 1 dəfə məni öldürür. Mən öyrəncəliyəm onların işinə, gah deyirlər öldü, gah deyirlər maşın vurudu. Ömrü verən və alan Allahdır. Özü bilən məsləhətdir. Atamın yanında qəbrimi qazıblar, hazır qoymuşam. Demişəm ki, xərcə düşməsinlər. Əzrail gələndə sorğu-sualsız aparır. Qorxuram ki, bir gün öləndə heç kim inanmaya".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00