TUMİB 17 yaşını qeyd etdi

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Bakıda 17 noyabr – Milli Dirçəliş Günü və təşkilatın yaranmasının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirib. “OLAYLAR” xəbər verir ki, “Böyük tələbə layihəsi”nin 25-ci ildönümünə həsr edilmiş tədbirdə millət vəkilləri, Azərbaycan və Türkiyədən olan iş adamları, müxtəlif illərdə Türkiyədə təhsil almış və məzun olmuş şəxslər, aprel döyüşlərinin iştirakçıları, hər iki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, QHT və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Bakıda 17 noyabr - Milli Dirçəliş Günü və təşkilatın yaranmasının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirib. "OLAYLAR" xəbər verir ki, "Böyük tələbə layihəsi"nin 25-ci ildönümünə həsr edilmiş tədbirdə millət vəkilləri, Azərbaycan və Türkiyədən olan iş adamları, müxtəlif illərdə Türkiyədə təhsil almış və məzun olmuş şəxslər, aprel döyüşlərinin iştirakçıları, hər iki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, QHT və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Mərasimdə TUMİB-in uğurlu fəaliyyətindən və həyata keçirdiyi layihələrdən söhbət açılıb. Qeyd edilib ki, TUMİB Türkiyənin müxtəlif universitetlərində təhsil almış azərbaycanlı məzunlar tərəfindən 2000-ci ildə Bakıda təsis olunub. İctimai Birliyin fəaliyyətinin əsas məqsədi Türkiyənin ali təhsil müəssisələrindən məzun olmuş Azərbaycan vətəndaşları arasında əməkdaşlığı inkişaf etdirməkdir. TUMİB-in sədri Çingiz Bayramov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. Millət vəkiliQənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdulqafar Böyükfırat, İzmirdəki Azərbaycan İş Adamları Dərnəyinin sədri Asif Qurban və başqaları çıxış edərək yubiley münasibətilə məzunlara təbriklərini çatdırıb, TUMİB-in uğurlu fəaliyyətindən bəhs ediblər. Tədbir konsert proqramı ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31