Sosial
Yeni il bayramının istirahət günləri açıqlandı
Abşeronda DOĞUŞ FACİƏSİ: əkizlər öldü, ana komaya düşdü
Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb. Hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib. Nəticədə qadın komaya düşüb.
Bakıda 16 mərtəbəli binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar
Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, “Moskva” Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8 -ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan “LEXUS” markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.
Azərbaycanda otel yandı
Salyan rayonunda yanğın olub. Axşam saatlarında Salyan şəhərinin mərkəzində fəaliyyət göstərən “Kür” hoteli yanmağa başlayıb.
Meşələri qıranı 51 nəfərə qarşı inzibati protokol tərtib olundu
Oğuzda meşələri qıranlara və qanunsuz ağackəsmə ilə məşğul olanlara qarşı Rayon Polis Şöbəsi tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, "Ətraf mühitin mühafizəsi", təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı 2017-ci ilin on ayı ərzində Oğuz RPŞ tərəfindən 51 inzibati protokol tərtib olunub.
Astarada torpaq sürüşməsi nəticəsində yollardan biri qismən bağlandı
Astarada torpaq sürüşməsi nəticəsində dağ kəndinə gedən yol qismən bağlanıb. Astarada Təxtənəkəran-Toradi yolunun Hamuşam kəndi ərazisindən keçən hissəsində dağdan ovunub gələn torpaq layı yolu bağlayıb. Sakinlərin sözlərinə görə, yolun bir zolağı ağır texnika vasitəsi ilə təmizlənib.
Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı - 7 milyonluq ev aldı - FOTO
Günün qoroskopu: mənfi tendensiyaların təsiri güclü olacaq
Dünya BU GÜN dağılacaq?
Metroda hər gün eşitdiyimiz səsin sahibi – VİDEO
Bakıda insanları ölümə aparan çörəklər satılır — EHTİYATLI OLUN! + FOTO
Millət vəkili Rasim Balayevlə görüşdü
Xalq artisti Rasim Balayevlə millət vəkili Qənirə Paşayeva görüşüb. Deputat sosial şəbəkədə görüşdən fotoları paylaşaraq aktyorla bağlı fikirlərini bölüşüb: “Azərbaycan kinosunu onsuz təsəvvür etmək sadəcə mümkünsüzdür. “Dədə Qorqud”da Beyrəyi, “Babək”də Babəki, “Nəsimi”də Nəsimini biz onunla daha çox sevmişdik. Onun yaratdığı bütün rollar sevilirdi, çünki o, qəhrəmanlarını oynamırdı, yaşayırdı. Bir başqadır onun kinomuzdakı yeri və rolu. Özəlliklə bizim gənclik illərində hər kəs ona heyranlıqla baxardı və sevərdi. İllər keçdi, yaşı artdı. Kinomuzda yaşanan bəzi proseslərdən dolayı oynadığı rollar azaldı, televiziya ekranlarında az görünməyə başladı, amma heç kəs onu unutmadı, ona sevgi azalmadı.









.jpg)




