Sosial

Camaat namazı necə qılınır?

18 Noyabr 2017 20:16

Dövlət Mülki Aviasiya Administrasiyasının bu səlahiyyəti ləğv edildi

18 Noyabr 2017 07:46

Dövlət Mülki Aviasiya Administrasiyasının Azərbaycandan və ya Azərbaycana uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu ilə bağlı elektron xidmət təqdim etmək səlahiyyəti ləğv olunub.  Nazirlər Kabineti bununla bağlı “Elektron xidmət növlərinin Siyahısı”na müvafiq dəyişiklik edib.

Milli Dirçəliş Günü ilə bağlı mühazirə

18 Noyabr 2017 07:28

Bilik Fondunun mühazirəçisi, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov Saatlı şəhər Tibb Kollecində Milli Dirçəliş Günü ilə bağlı "Azərbaycan xalqının inkişaf yolu" mövzusunda mühazirə ilə çıxış edib.

Səhv hesablanmış gömrük haqqı və yığımları geri qaytarılacaq

18 Noyabr 2017 07:24

Nazirlər Kabineti "Gömrük ödənişlərinin qaytarılması Qaydaları"na bir sıra dəyişikliklər edib. Bununla bağlı qərarı baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb. Dəyişikliyə əsasən, Gömrük Məcəlləsinin 231-ci və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının həyata keçirdiyi əməliyyatlar üçün ödənilmiş haqqın və gömrük yığımlarının məbləğləri hesablanarkən səhvə yol verildikdə, onlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən geri qaytarılacaq.

Jurnalisti təhqir edən direktor cəzalandırıldı - RƏSMİ

18 Noyabr 2017 07:22

Axar.az-ın müxbirini təhqir edən Bakının 187 nömrəli tam orta məktəbin direktoru Məmmədova Nailə Adil qızına şiddətli töhmət verilib. Bu barədə Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib. B.Məmmədov bildirib ki, N.Məmmədova “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub: