Sosial

Azərbaycanlı milyarder kosmos dövləti yaratdı - Ayda həyat

28 İyun 2018 10:39

Əslən azərbaycanlı olan rusiyalı milyarder İqor Aşurbəyli yeni kosmik dövlət yaradıb. Bu barədə məlumatı “Nyusvik” jurnalı yayıb. Jurnal yeni dövlətin adının Asqardiya olduğunu bildirib. Asqardiya Yerdə hansısa əraziyə sahib olmasa da, artıq onun vətəndaşlığına sahib olmaq istəyən 200 min şəxsin olduğu açıqlanıb. Yeni dövlətin Ayda yaşayış məskənləri tikməsi planları olduğu vurğulanıb. Yeni dövlətin özünün konstitusiyası, bayrağı, himni, seçilmiş nümayəndələri var. Asqardiyanın milli valyutası SOLAR kriptovalyutası hesab edilir.

14 yaşında ərə verilən qızın atası haqdaŞOK məlumat - VİDEO

28 İyun 2018 10:21

Bakıda ana 14 yaşlı qızını ərə verir. Atası isə qızının toyunu dəvətnamə paylanılanda qohumlarından eşidib. Belə bir hadisə ilə Lerik rayon sakini Mirtəmən Sadıqov qarşılaşıb. Onun iddiasına görə, keçmiş həyat yoldaşı yetkinlik yaşına çatmayan qızını ondan xəbərsiz ərə verir.

Xoşqədəmin verilişində fasilədə elə şeylər yaşandıki: Aparıcı başını tutub qaçdı-VİDEO

28 İyun 2018 08:05

Xoşqədəm Hidayətqızının verilişinin pərdə arxasında gərgin anlar yaşanıb. Çinarənin axtarışlarının davam etdiyi bu günlərdə ailəsi və həyat yoldaşının ailəsi arasındakı gərginliklər yaşanmaqda davam edir.

Qoruyucu kremlərin yayda istifadə edilməməsi xəstəliklərə səbəb ola bilər

28 İyun 2018 07:46

Dəri xəstəliklərinin çox böyük əksəriyyəti günəş şüalarının təsiri nəticəsində yaranır. Xüsusilə çimərlik mövsümü zamanı həmin xəstəliklərin yaranması ehtimalı artır. Həmin təsir nəticəsində dəri xərçənginin yaranması da istisna edilmir. Günəş şüalarının təsiri nəticəsində dərinin iltihabı reaksiyaları müşahidə olunur. Eyni zamanda, yay aylarında tərləmə nəticəsində dəridə gedən dəyişikliklər göbələk, uzun müddət günəş şüaları altında qaldıqda qırmızı qurd eşənəyi, sklerodermiya və digər dəri xəstəlikləri əmələ gətirə bilər.

“Milli Ön” terminalları “ASAN Ödəniş”də

28 İyun 2018 07:43

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Komtek şirkətinin birgə əməkdaşlığı nəticəsində “Milli Ön” terminallarının “ASAN Ödəniş” dövlət informasiya sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb. Artıq vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini “Milli Ön” ödəniş terminalları vasitəsilə də həyata keçirə bilərlər.

Çirkab suların çaya axıdılmasının qarşısı alındı

28 İyun 2018 07:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İsmayıllı-Lahıc avtomobil yolunun kənarında fəaliyyət göstərən “Dağ Şəlaləsi” istirahət mərkəzində formalaşan çirkab suların birbaşa Girdiman çayına axıdılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Olaylar.az bildirir ki, sözügedən əraziyə keçirilən baxış zamanı istirahət mərkəzində ekoloji və sanitar qaydalara riayət olunmadığı, primitiv üsulla inşa edilmiş sanitar qovşaqda əmələ gələn çirkab suların birbaşa Girdiman çayına axıdıldığı faktı öz təsdiqini tapıb.