Nazir müavini:" Müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər"

Azərbaycanda müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər. Bunu özəl olaraq Trend-ə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir: "Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31