“Milli Ön” terminalları “ASAN Ödəniş”də

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Komtek şirkətinin birgə əməkdaşlığı nəticəsində “Milli Ön” terminallarının “ASAN Ödəniş” dövlət informasiya sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb. Artıq vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini “Milli Ön” ödəniş terminalları vasitəsilə də həyata keçirə bilərlər.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Komtek şirkətinin birgə əməkdaşlığı nəticəsində "Milli Ön" terminallarının "ASAN Ödəniş" dövlət informasiya sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb. Artıq vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini "Milli Ön" ödəniş terminalları vasitəsilə də həyata keçirə bilərlər.

Olaylar.az bildirir ki, layihənin növbəti mərhələsində vətəndaşlar və hüquqi şəxslər "ASAN Ödəniş" dövlət informasiya sisteminə qoşulmuş istənilən bank, poçt şöbələri ödəniş portalları və terminalları, həmçinin "Milli Ön" ödəniş terminalları vasitəsi ilə vergi, rüsum, DSMF və digər növ dövlət ödənişlərini həyata keçirə biləcəklər. Bu istiqamətdə işlər davam etdirilməkdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31