Qoruyucu kremlərin yayda istifadə edilməməsi xəstəliklərə səbəb ola bilər

Dəri xəstəliklərinin çox böyük əksəriyyəti günəş şüalarının təsiri nəticəsində yaranır. Xüsusilə çimərlik mövsümü zamanı həmin xəstəliklərin yaranması ehtimalı artır. Həmin təsir nəticəsində dəri xərçənginin yaranması da istisna edilmir. Günəş şüalarının təsiri nəticəsində dərinin iltihabı reaksiyaları müşahidə olunur. Eyni zamanda, yay aylarında tərləmə nəticəsində dəridə gedən dəyişikliklər göbələk, uzun müddət günəş şüaları altında qaldıqda qırmızı qurd eşənəyi, sklerodermiya və digər dəri xəstəlikləri əmələ gətirə bilər.

Dəri xəstəliklərinin çox böyük əksəriyyəti günəş şüalarının təsiri nəticəsində yaranır. Xüsusilə çimərlik mövsümü zamanı həmin xəstəliklərin yaranması ehtimalı artır.

Həmin təsir nəticəsində dəri xərçənginin yaranması da istisna edilmir. Günəş şüalarının təsiri nəticəsində dərinin iltihabı reaksiyaları müşahidə olunur. Eyni zamanda, yay aylarında tərləmə nəticəsində dəridə gedən dəyişikliklər göbələk, uzun müddət günəş şüaları altında qaldıqda qırmızı qurd eşənəyi, sklerodermiya və digər dəri xəstəlikləri əmələ gətirə bilər.

Çimərliyə gedənlərin günəş şüalarının dəriyə mənfi təsirindən qoruyan xüsusi kremlərdən istifadə etməsi vacibdir. Dəridə qızartı, qaşınma və şişkinlik əmələ gəldikdə isə dərhal həkimə müraciət olunmalıdır. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31