Suraxanı paytaxt rayonları arasında öz cəliqə-səhmanı ilə seçilir
Suraxanılılar öz işini görür, qurub-yaradır
1 Noyabr 2012 19:21 SosialDünən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Suraxanı rayon İcra Hakimiyyətində media rəhbərləri ilə ictimaiyyət nümayəndələrinin görüşü keçirilib. Görüşdən əvvəl rayonun sosial-iqtisadi inkişafı ilə maraqlanan media kapitanları görülən işlərlə əyani şəkildə tanış olublar. Media nümayəndələri yenicə istifadəyə verilmiş 268 saylı uşaq baxçası, 327 saylı tam orta məktəb, "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi", "Atəşgah məbədi" Dövlət Tarixi Memarlıq qoruğunda olub, orada aparılan təmir və yenidənqurma işləri ilə tanış olublar. Sonra rayon İcra Hakimiyyətində içtimaiyyət münayəndələri ilə aşıq dialoq təşkil edilib. Cari ilin 9 ayında Suraxanı rayonunda görülən işlər barədə məlumat verən İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycanın bütün rayon və şəhərlərində olduğu kimi Suraxanı rayonunda da tikinti-quruculuq işləri geniş vüsət alıb. Rayonda görülən işlərin əksəriyyətinin dövlət başçısının tapşrığına əsasən icra edildiyini diqqətə çatdıran icra başçısı qeyd edib ki, məhz bu baxımdan həyata keçirilən tikinti-quruculuq işləri, icra edilən Dövlət Proqramları ilə şəxsən tanış olmaq məqsədilə ölkə prezidenti İlham Əliyev bir neçə dəfə rayonda olub. Ümumi qənaət ondan ibarət olub ki, ölkəmizdə gedən inkişaf Suraxanı rayonuna da müsbət təsirini göstərib. Belə ki, rayonda dövlət və yerli proqramların icrası uğurla davam etdirilib. Ümumilikdə dövlət başçısının sərəncaı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Suraxanı rayonunda nəzərdə tutulmuş 102 tədbirin 31-i tam icra olunub, 47-sinin icrasına başlanılıb. Nəticə etibarilə başa çatdırılan tədbirlər sözügedən proqramın 76,5 faizini təşkil edib.
Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında yerləşən 228 fərdi yaşayış evində 33,4 min kv.m., Hövsan qəsəbəsində isə 19 ədəd çoxmərtəbəli yaşayış binalarında 23,5 min kv.m. dam örtüyü dəyişdirilib.
"Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun ətrafının abadlaşdırılması işləri davam etdirilib. Hövsanda 94 ədəd 9 və 5 mərtəbəli yaşayış binasında su borularının pilləkən qəfəslərinə çıxarılması, sayğacların quraşdırılması və zirzəmilərdəki kanalizasiya borularının dəyişdirilməsi işlərinə başlanılıb. Eyni zamanda, cari ilin 9 ayı ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3497 ailəyə 3,9 milyon manat məbləğində ünvanlı sosial yardım verilib, həmçinin imtiyazı olan 7255 vətəndaşa 3,5 milyon manat məbləğində sosial müavinət ödənilmiş, 73 əlil vətəndaş istirahət mərkəzlərinə göndərilib. Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 860 nəfərdən 505 nəfəri işlə təmin olunub, 86 nəfərə işsizlik statusu verilmiş, 95 nəfərə işsizlik müavinəti təyin edilib, 28 nəfər peşə hazırlığı kurslarına göndərilib.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 123,6 min manat vəsait toplanıb, artım 21,2 faiz təşkil edib, 826 nəfərə pensiya təyin edilib, bu dövr ərzində 26469 nəfər təqaüdçüyə xidmət göstərilib və 38,4 milyon manat pensiya ödənilib.
Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında 9 ay ərzində rayon əhalisinə 982 ton kənd təsərrüfatı məhsulları satılıb. Bununla yanaşı, dövlət başçısının sərəncamı ilə Suraxanı rayonu üzrə həyata keciriləcək işlərə dair 48 bənddən ibarət əlavə tədbirlər nəzərdə tutulub. Nəzərdə tutulan tədbirlərdən 37-si təhsil, 11-i isə əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün yanğına qarşı su hövuzlarının tikintisi və təmirinə aid tədbirlərdir. Rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verən İ.Abbasovun sözlərinə görə, rayonun küçə və yollarına, məhəllələrə 200 min kv.m asvalt örtüyü salınıb, 6 məktəb, 5 uşaq evi, 2 səhiyyə müəssisəsi əsaslı təmir edilib. Rayonun Hövsan qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli 9 mərtəbəli bina inşa edilib. Rayonun Gənclər Evinin tikintisinə başlanılıb, mini-futbol meqdançası, Ölimpiya idman zalı, şahmat məktəbiinin tikintisi üçün işlərə başlanılıb. Rayonun sənaye müəssisələri cari ilin 9 ayı ərzində 233,1 milyon manatlıq iş yeri yaradıb, ümumi artım 117 faiz təşkil edib. Sahibkarlar üçün Bülbülə və Qaraçuxur qəsəbələrində kredit yarmarkaları təşkil edilərək rayonda olan 14 sahibkara 1 milyon 44 min manat məbləğində kredit verilib. Hesabat dövründə rayonin ekoloji durumunun sağlamlaşdırılması işləri də davam etdirilib. Rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən neftlə çirklənmiş 18,7 hektar torpaq sahəsi tullantılardan təmizlənib, ümumi sahəsi 15,6 hektar olan 46 neft-su gölməçələri qurudularaq ləğv edilib. Onun sözlərinə görə, cari ildə Suraxanı rayonu təhsil sahəsində bir sıra uğurlar əldə edib. Belə ki, 2011-2012-ci tədris illərində rayon məktəblərinin 3 şagirdi təhsilini qızıl medalla başa vurub, 819 nəfər tələbə adını qazanıb ki, onlardan 3-ü Prezident təqaüdçüsü adına layiq görülüb. İcra başçısı bəyan edib ki, görülən əməli tədbirlər nəticəsində rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olmuş ərizə və şikayətlərin sayı kəskin şəkildə azalıb. Hesabat dövründə ümumilikdə daxil olmuş 2682 müraciətdə qaldırılmış məsələlərdən 1354-ü müsbət həllini tapıb. Bu dövr ərzində RİH başçısı tərəfindən 612 vətəndaş qəbul edilib. İcra başçısı həmçinin bildirib ki, bəzən mətbuat orqanları həqiqətə uyğun olmayan məlumatlar yayırlar: "Bəzən olur ki, məqalənin başlığında Suraxanı rayonunun adı yazılıb, içərisində isə rayonla bağlı heç bir məlumat yoxdur. Amma nəzərə almaq lazımdır ki, həyasız yalan daha tez yayılır. Bu tipdən olan məlumatlar o dərəcədə yalan olur ki, adamı heyrətləndirir".
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli qeyd edib ki, Fondun həyata keçirdiyi layihələrdən biri də yerli icra hakimiyyəti orqanları ilə media arasında əməkdaşlığa yardımçı olmaqdır. Məhz bi layihə ilk dəfə olaraq Suraxanı rayon İcra Hakimiyyəti ilə birgə keçirilib. Bugünkü tədbirin isə formatı tamamilə dəyişib. Bu dəfə kütləvi informasiya vasitələrinin rəhbərləri əvvəlcə rayonun sosial-iqtisadi inkişafı ilə tanış olub, sonra içtimaiyyət nümayəndələri ilə görüşə gəlib: "Bəzən olur ki, yerli icra hakimiyyətləri jurnalistlərə məlumat vermir, bildirilər ki, hara istəyirsən şikayət et. Ancaq jurnalisti informasiya ilə təmin etmək məmurun borcudur". Fond sədri bəyan etdi ki, Mətbuat Şurası "reket" jurnalistlərə qarşı ciddi mübarizə aparır. Məhz bunun nəticəsidir ki, onların sayi xeyli azalıb. Ancaq bu işdə ictimaiyyət də Şuraya yardımçı olmalıdır".
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, ölkənin hər yerində gedən tikinti-quruculua içlərinin bariz nümunəsi özünü Suraxanı rayonunda göstərir. Odur ki, Suraxanı rayonu Azərbaycanın kiçik maketinə bənzəyir. Media-məmur münasibətlərinə toxunan MŞ sədri bildirib ki, Şuraya ayrı-ayrı müəssisə və təşkilat rəhbərlərindən şikayətlər daxil olur. Həmin şikayətlərdə müxtəlif media qurumlarından narazılıqlar əksini tapır: "İl ərzində Şuraya 300 şikayət daxil olur . Ən çox şikayət bölgələrdən təhsil və səhiyyə sahələri ilə bağlı olur. Mətbuat Şurası həmin şikayətləri araşdıraraq "qara siyahi" tərtib edir. Hazırda "qara siyahı"da 100-ə qədər mətbuat orqanının adı əksini tapıb. Siyahı yerli icra orqanlarına göndərilir ki, orada adı olan mətbuat qurumları ilə əməkdaşlıq edilməsin". Ə. Amaşov bildirib ki, əslində yerli icra hakimiyyəti orqanları jurnalistlərin suallarını cavablandırmalıdır. Əks halda media ilə həmin orqanlar arasında haqlı narazılıq yaranır: "Ola bilər ki, bu cavablar media qurumunu razı salmasın. Ancaq bütün hallarda jurnalistlərin sualları cavablandırılmalıdır. Bu onun bəzifə borcudur. Qanunvericiliyə görə, jurnalistin suallarını cavablandırmayan məmur müəyyən məsuliyyət daşıyır. Jurnalistlərin isə işi ondan ibarətdir ki, görülən işlər barədə məlumatı iştimaiyyətə çatdırsın. Siz yaradıcı, biz isə ötürücü tərəfik. Əgər bu iş layiqincə həyata keçirilsə, dövlətin də adına xələl gəlməz". Rayonun Hövsan qəsəbə nümayəndəsi Ağasəlim Bəliyev bildirdi ki, qəsəbədə hələ də su problemi mövcuddur. Ancaq bu məlumat düzgün işıqlandırılmalı, vətəndaşlar bilməlidir ki, su hansı səbəbdən yoxdur. Yaxud, zibillərin daşınması ilə bağlı real vəziyyət barədə əhali maarifləndirilməlidir ki, məsələni köklü şəkildə həll etmək mümkün olsun. İcra nümayəndəsi məlumat verdi ki, artıq Hövsan qəsəbəsi iki aydır ki, fasiləsiz Qəbələ suyu ilə təmin olunub. Kanalizasiya sisteminin çəkilməsi ilə bağlı layihə təsdiq olunaraq ekspertizadan keçib. Gələn ilin əvvəllərində bu problem də həllini tapacaq. Sonra media rəhbərləri müşayiət etdikləri tikinti-quruculuq işləri ilə bağlı təəssüratlarını bölüşdülər. "Ekspress" qəzetinin baş redaktor Qəzənfər Bayramov bildirib ki, Suraxanı rayonu paytaxt rayonları arasında öz cəliqə-səhmanı ilə seçilir. Bakının mərkəzi rayonlarından fərqli olaraq Suraxanı rayonu öz işini görür, qurub-yaradır: "Mən 12 ildir ki, "Ekspress" qəzetinin baş redaktoruyam. İndiyə qədər bizə bu rayondan şikayət daxil olmayıb". "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas qeyd edib ki, Suraxanı rayonun xalqı zəhmətkeşdir. Rayon özü isə abadlıq işlərinin aparılması sahəsində xüsusulə fərqlənir. Bütün bunları nəzərə alaraq demək olar ki, Suraxanı rayonu Bakını ürəyidir". tədbirin sonunda Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondi Suraxanı rayon İcra Hakimiyyəti ilə birgə jurnalistlər arasında fərdi yazə müsabiqəsi elan etdi. Müsabiqə Suraxanı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı prosesləri ictimaiyyətə çatdırmaq məqsədi daşıyır.
Alim