Siyasət
İqtisadi islahatlarla qarşıya qoyulan bütün hədəflərə çatılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ildə Azərbaycanda, eləcə də dünya ölkələrində müşahidə olunan sosial və iqtisadi proseslərin mahiyyətini açıqlayıb.
Azərbaycan prezidenti Naxçıvanda əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevyanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib.
Azərbaycanın xarici siyasətdəki uğurları davam edir
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır.
Azərbaycan bütün parametrlər üzrə Ermənistanı üstələyir
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ problemi və onun həlli istiqamətində aparılan danışıqlar prosesi. eləcə hazırda mövcud olan vəziyyətə də toxunub.
Zəngəzur- Azərbaycanın unudulmaz qan yaddaşı
Ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilmiş bəlalar, kütləvi qırğınlar, talanlar və soyqırımı siyasəti barədə yalnız ötən əsrin 80-ci illərinin sonundan və 90-cı illərin əvvəllərindən açıqlamalar verilməyə başlanıldı. 70 illik yasaqdan sonra müstəqillik dövründə aparılan tədqiqatlar və araşdırmalar göstərir ki, tariximizin öyrənilməmiş səhifələrinin tədqiqi indi çox mühüm əhəmiyyət kəsb edir. Son illərə qədər isə bir çox faktlar, o cümlədən Bakı kommunasının fəaliyyəti səhv təlqin edilib, Zəngəzur qəzasının igid oğulları Sultan bəy və Xosrov bəy qardaşları barəsində heç bir tədqiqat aparılmayıb. Bu günlərdə Zəngəzurun Azərbaycana qaytarılması barədə məsələnin gündəmə gəlməsi bu mövzunu yenidən aktuallaşdırıb və Zəngəzurda böyüyüb, boya-başa çatmış, bu yurdun müdafiəsi uğrunda mücadilə göstərmiş qəhrəman oğullarımızın bir daha xatırlanmasına vəsilə olub.
Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilib
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, eləcə də orada müvafiq dövlət qurumlarının rəhbərlərinin çıxışlarından aydın oldu ki, keçən il də ölkəmiz üçün uğurlu olub.
Prezident Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib. Apa.az
"Azadlığ"ın qiyməti 175 min avrodur? - Pul davası
Azərbaycan müxalifətindəki situasiyanın izafi şərhə və ya təhlilə artıq ehtiyac qalmayıb. Vəziyyət radikal müxalifətçilərin and-amanlarına, vədlərinə və şüarlarına rəğmən, çox pisdir. Hətta bərbaddır.
Erməni rəsmiləri, Azərbaycan hərbiçisinin meyiti üzərində psixoloji siyasət aparırlar
Ermənistanın ötən ilin sonunda Tavuş rayonu Çinarlı kəndi istiqamətindəki təxribatı KTMT-ni münqişəyə cəlb etmək məqsədi daşıyırdı. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.
İki eşşəyin arpasını bölə bilməyənlər...
"Siyasətin yeganə sirri var: o da nə zaman yalan danışmağı, nə zaman da susmağı bilməkdir".
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı. Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü. AZƏRTAC
Prezident İlham Əliyev: “Kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik”
“Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Mən bu sahəyə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır”. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Azərbaycandakı tolerantlıq və multikultural mühit bütün İslam dünyasına transfer edilə bilər
“İslam aləmində ən vacib amil həmrəylikdir. Radikal islam adı altında həyata keçirilən təxribatlar, terrorların qarşısını almaq üçün İslam həmrəyliyinin çox böyük əhəmiyyəti var”. Bunu politoloq Arzu Nağıyev deyib.
2016 –cı il il Rusiya-ABŞ toqquşması ilə xarakterizə olunur
“Suriya tənzimlənməsində Rusiya Federasiyası vəziyyətə nəzarəti tam əlinə keçirdi. Rusiya ABŞ-ı sıxışdırıb çıxardı. Hələbin terrorçulardan azad olması tənzimlənmədə yeni mərhələdir. Rusiya və Türkiyənin təqdim etdiyi layihə BMT TŞ-də yekdilliklə qəbul edildi. Bu ilk dəfədir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Aİ Azərbaycana qrant ayıracaq
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi qrantların ayrılması üçün ölkənin kənd ərazilərinin inkişafı üzrə təşəbbüslərlə əlaqədar ərizə qəbulu elan edib.












