Aİ Azərbaycana qrant ayıracaq

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi qrantların ayrılması üçün ölkənin kənd ərazilərinin inkişafı üzrə təşəbbüslərlə əlaqədar ərizə qəbulu elan edib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi qrantların ayrılması üçün ölkənin kənd ərazilərinin inkişafı üzrə təşəbbüslərlə əlaqədar ərizə qəbulu elan edib. Bu barədə Avropa Qonşuluq Siyasəti üzrə İnformasiya Mərkəzinə istinadən məlumat verir. "Azərbaycanın kənd rayonlarında bazar iqtisadiyyatının və məşğulluğun inkişafı təşəbbüsləri" layihəsinin əsas məqsədi Abşeron yarımadası istisna olmaqla, Azərbaycanın digər bölgələrində yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafa kömək etməkdir. Ərizə qəbulu 2017-ci il fevralın 21-dək davam edəcək. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31