Siyasət
AŞ PA qarşısındakı öhdəliklərin icra vəziyyəti qiymətləndiriləcək
Yanvarın 12-dən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb. “Olaylar” xəbər verir ki, səfər zamanı həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək.
35 dəfə atəşkəs rejimi pozulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Deputat: “İslam Həmrəyliyi ili” dünyada sülh yaratmaq missiyasına dövlətimizin töhfəsidir”
“İslam sülh və əminamanlığı təbliğ edən dindir. Bu dində terror və insana yaraşmayan əməllər qadağan olunub. Amma, terror, təxribatla İslamın dininin imicinə xələl gətirməyə çalışırlar. Ona görə İslam həmrəyliyi çox vacib amildir. Dövlət başçısı İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi ölkəmizdə bu istiqamətdə aparılan uğurlu işlərin parlaq nümunəsidir”. Bunu milllət vəkili Azər Badamov deyib.
Mübariz Əhmədoğlu: "2016-cı ildə xarici siyasətimizin ən böyük uğuru İranla bağlıdır"
“2016-cı il Azərbaycan üçün daxili və xarici siyasət arasında kəskin fərqlər ilə xarakterizə olunur”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Musa Qasımlı: "Azərbaycanın seçdiyi yol yeganə və düzgün yoldur"
“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkəyə çevrilib”. Bunu millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, bunu etibarlı edən düzgün yürüdülən siyasət eləcə də xalqımızın daim dövlət və hakimiyyətin yanında olması, yüksək mədəni-siyasi inkişafıdır.
"Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir"
Avropa Şurasının baş katibindən Ermənistana ÇAĞIRIŞ: Meyiti qaytarın!
Trampın mətbuat konfransı kompromatla bağlı bəyanatlarla başlayıb
Prezident İlham Əliyev: "Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır"
Azərbaycanın işğal olunmuş ərazilərinə 180 əcnəbi jurnalist gedib
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən 180 əcnəbi jurnalist Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
İndoneziyalı jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəriylə balı XİN-dən AÇIQLAMA
Xarici İşlər Nazirliyi indoneziyalı xanım jurnalist Fameqi Putrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı məsələyə münasibət bildirib.
Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət
Moskvada üç dövlətin Suriya ilə bağlı müzakirələr aparması dünya siyasətində rezonans doğurub. Müxtəlif səviyyələrdə bu hadisənin təhlili aparılır. Artıq meydana yeni bir əməkdaşlıq formatının çıxdığını vurğulayırlar.
Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su sistemi istifadəyə verilib
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib.













