İndoneziyalı jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəriylə balı XİN-dən AÇIQLAMA
Xarici İşlər Nazirliyi indoneziyalı xanım jurnalist Fameqi Putrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı məsələyə münasibət bildirib.
11 Yanvar 2017 18:44 SiyasətXarici İşlər Nazirliyi indoneziyalı xanım jurnalist Fameqi Putrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı məsələyə münasibət bildirib. Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Cakartadakı səfirliyinə bu məsələni araşdırmaq tapşırığı verilib.
Qeyd edək ki, daha əvvəl bir sıra Ermənistan KİV-i "Tempo" nəşrinin jurnalisti Fameqa Putrinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər etdiyini və oradan reportaj hazırladığını məlumat verib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31