AŞ PA qarşısındakı öhdəliklərin icra vəziyyəti qiymətləndiriləcək
Yanvarın 12-dən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb. “Olaylar” xəbər verir ki, səfər zamanı həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək.
12 Yanvar 2017 11:40 SiyasətYanvarın 12-dən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb. "Olaylar" xəbər verir ki, səfər zamanı həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək. AŞ PA-nın mətbuat xidmətindən bildirilib ki, Ştefan Şennax və Sezar Florin Predanın Bakıda Azərbaycan Prezidenti, parlamentin sədri, ədliyyə və daxili işlər nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, vəkillər kollegiyasının sədri, parlament üzvləri, o cümlədən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşlər keçirəcəyi planlaşdırılır. Həmçinin, həmməruzəçilər vətəndaş cəmiyyətinin, müxalifət partiyalarının, eləcə də beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşəcək. Səfər yanvarın 14-də başa çatacaq.