Siyasət
Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikasına 5 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumata görə, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Apa.az
Gənc istedadlar xüsusi təqaüdə layiq görülüb -SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Bloqqer Aleksandr Lapşin Azərbaycandan üzr istəyə bilər
İsrailin Belarusdakı konsulu Yuliya Raçinskaya müvəqqəti saxlanma təcridxanasında saxlanılan bloqqer Aleksandr Lapşinə baş çəkib.
AVCİYA Şən və Hazırcavablar Klubundan təxribata son qoyulmasını tələb edib
“KVN - 2017” adlı 28-ci şən və hazırcavablar Beynəlxalq Festifalında bir çox ölkələrin komandaları ilə yanaşı “Cörək və Duzla” adlı qondarma “Dağlıq Qarabağ” komandasının da iştirak etməsinə Azərbaycan xalqı qəti etirazını bildirir.
Rusiya XİN Ermənistanın Azərbaycan əsgərinin meyitini qaytarmamasına münasibət bildirib
"Bu faciəvi insident Azərbaycanla Ermənistan arasında baş verib. Hesab edirik ki, iki ölkə özündə müdriklik, güc və diplomatik imkan tapıb, bu problemi həll etməlidir".
Aİ-nin xüsusi nümayəndəliyi Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı çağırışları dəstəkləyir
“Biz ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən qanlı toqquşmadan xəbərdarıq”. Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin mətbuat xidmətindən bildirilib. Mətbuat xidmətindən baş verən hadisədən narahatlıq ifadə olunub: “Bu baxımdan biz tərəfləri atəşkəsə hörmət etməklə bağlı çağırışımızı təkrarlamaq istərdik. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini tam dəstəkləyirik. Onların yanvarın 9-da bu məsələnin istisnasız olaraq humanitar xarakterli olmasını nəzərə alaraq 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq insan qalıqlarının geri qaytarılması ilə bağlı çağırışlarını dəstəkləyirik.
Avstriya ATƏT ərazisindəki münaqişələrin həlli üzərində çalışacaq
"Avstriyanın ATƏT-ə sədrliyi müddətində əsas prioritetlərindən biri təşkilat ərazisində mövcud olan münaqişələrdə eskalasiyanın qarşısının alınması üçün təhlükəsizlik sahəsində kollektiv fəaliyyət olacaq". Bunu Vyanada Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib.
Özbəkistanın xəbər agentliyi: “Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmalıdır”
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Tnews xəbər agentliyi rus dilində “Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmalıdır” sərlövhəli məqalə yayıb.
Siyasi və iqtisadi islahatlar ili
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və məzmunlu, proqram xarakterli çıxışı zamanı bir sıra vacib məqamlara toxunmaqla yanaşı başa vurduğumuz ötən ili də xarakterizə etdi. Dövlət başçısının çıxışından aydın oldu ki, 2016-cı ildə Azərbaycan öz inamlı inkişafını davam etdirib və keçən il qarşıda duran bütün vəzifələr icra olunub. Prezident bildirib ki, Azərbaycan 2016-cı ildə böhranlı vəziyyətdən şərəflə çıxa bilib. Həyata keçirilən mıəqsədyönlü tədbirlər və islahatlar nəticəsində qlobal miqyasda iqtisadi və maliyyə böhranı yaşanmasına, külli miqdarda iş yerlərinin bağlanmasına baxmayaraq Azərbaycanda keçən il 100 mindən artıq daimi iş yeri yaradılıb. Keçən ilin iqtisadi islahatlar ili kimi tarixdə qalacağını deyən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, il ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirib, sürətləndirib.
Prezident iradlarında haqlıdır
Ötən il dünyada baş verən iqtisadi geriləmə ayrı-ayrı ölkələrdə özünü müxtəlif cür büruzə verdi. Belə ki, bəzi ölkələrdə həyata keçirilən pul-kredit siyasətinin yanlış olduğu üzə çıxdı, bəzilərinin isə aqrar və sənaye kimi sahələrdə islahatlara ehtiyac olduğu bəlli oldu. Təbii ki, dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycan da belə təsirlərin qarşısını almaq məqsədilə iqtisadi islahatlar siyasətini yürütdü.
Siyasi şərhçi: "Prezidentin fikirləri Ermənistanın hansı durumda olduğunu xatırladır”
“Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi “illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi” fikri mübaliğəsiz qəbul edilməlidir və edilir də. Çünki bu bir gerçəkdir ki, Ermənistan yalnız onun-bunun əlinə baxmaqla ayaqda durur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Putin üçün dəhşətli savaş başlayır: Kremli şoka salan BÖYÜK SAZİŞ
ATƏT-in toplantısında Çingiz Qurbanovun meyitinin qaytarılması məsələsi qaldırılacaq
Yanvarın 23-də Vyanada keçiriləcək ATƏT-in növbəti toplantısında əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı məsələ də qaldırılacaq. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumat verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitunun rəhbəri Əhməd Şahidov deyib ki, iclasda məsələ ilə bağlı geniş məruzə edəcək: “Artıq beynəlxalq təşkilatlara ünvanladığımız müraciətlərə də cavablar gəlməyə başlayıb. Bu məsələnin beynəlxalq insan haqları təşkilatlarının gündəminə salınması istiqamətində işlərimizi davam etdiririk”.
ATƏT Ermənistanda fəaliyyətini dayandırır
ATƏT-in İrəvan ofisi fəaliyyətini dayandırır. ATƏT-in İrəvan bürosunun yaydığı məlumata görə, təşkilata üzv ölkələr qurumun bir sıra sahələr üzrə mandatınn artırılmasına dair konsensusa gələ bilməyiblər. Ermənistan Xarici İşlər Nazirliyi məsələni şərh etməkdən imtina edib. Qeyd edək ki, Ermənistan ATƏTİ-in ofisi olduğu yeganə Cənubi Qafqaz ölkəsidir. Belə ki, qurumun Tbilisi ofisi 2008-ci, Bakı ofisi isə 2014-cü ildə bağlanıb. Bu barədə azvision.az "Medimax"-a istinadən xəbər verir.
İslahatlar davamlı xarakter daşıyır
“Azərbaycanda həyata keçirilən siyasi və hüquqi xarakterli islahatlar, əsas etibarilə, siyasi sistemin təkmilləşməsinə, idarəetmənin effektivliyinin artırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə və digər strateji məqsədlərə xidmət edir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.













